“Röya vurduğu möhürü Aygün Bəylər vurmayıb...” – Hacı Nazim

07 2018 10:41

“Müğənnilərə mahnı bəstələyib verməkdənsə, elə özüm ifa edim, bəhrəsi də mənim olsun”, deyə düşünüb mahnı oxumağa başlayan Hacı Nazim gəlir, nə gəlir. Onun səsini ətrafındakılar bəyənsə də, bəstəkar ara-sıra mahnılar ifa edirdi. İndi isə Hacı Nazim şou-biznesin içində ola-ola, bu aləmə tamam başqa sima ilə gəlir.

Ötən il ifaçı kimi efirlərdə mahnılarını səsləndirən Hacı Nazim, artıq bu ildən etibarən müğənni kimi fəaliyyətini daha da sürətləndirdiyini açıqladı.

Nazim Məmmədov: “Keçən il verilişlərə dəvət aldım. Əvvəllər bəstələrimi oxudular. Amma sonra ifaçı kimi dəvətlər də aldım. Elza Seyidcahanın, Aygün Səmədzadənin mahnılarını ifa etdim. 2018 ci ildə bu işi biraz da sürətləndirdik”.

Sənət dostlarının da dəstəyini aldıqdan sonra Nazimin müğənnilik yolunda qarşısına çıxmaq belə görünür ki, çətin olacaq.

Nazim Məmmədov: “Sənət  dostlarım Emil Bədəlov, Abbas Bağırov, Röya mənim uğuruma sevinirlər. Mənə deyirlər dayanma, işlə. Təbii ki, bəstəkarlıq fəaliyyəti yerində qalır. Onunla bağlı işlərimiz gedir. Eyni zamanda təşkilatçı kimi fəaliiyət göstərirəm. Həmçinin studiya işimiz var. Təlabat olarsa, yeni mahnılar yazdıracağıq”.

Son zamanlar “Tut əlimdən” adlanan mahnısı ilə diqqətləri üzərinə çəkən müğənni-bəstəkarın bu ifasını onun bəzi həmkarları da sosial şəbəkə hesablarında paylaşıblar.

Nazim Məmmədov : “”Tut əlimdən” mahnısı öz bəstəmdir. Sözləri Sərxan Nizamoğluna, aranjimanı isə Anar Vəliyevə aiddir. Əslində mən bu janrda mahnı yazmışam, ancaq oxumamışam. Baxdım ki, son zamanların tələbi məhz bu tərzi dəstəkləyir”.

“Baxıram ki, sosial şəbəkələrdə də mahnını bəyənirlər. Paylaşan sənət dotlarıma da dərin təşəkkürümü bildirirəm. Emil Bədəlov, Renka, Arzu Həmzəyeva, Nuray Məhərov  və digər bir neçə sənət dostum mahnını paylaşıb”.

Nazim, şou-biznesə yeni müğənni gələn kimi bəzi ifaçılar çörəyi əlindən alınmış uşaq kimi qıcıqlanmağa başlayırlar. Sən də ki, həmkarlarına rəqib olaraq gəlirsən.

Nazim Məmmədov : “Bir insan bir toya gedə bilər. Məni əgər bir toya çağırıblarsa, həmin gün məşğulamsa, başqasını təklif edə bilərəm. Mən 12 yaşımdan oxumuşam. Məni köhnə dövrün insnaları da tanıyırlar. Mən oxuyan dövrdə şou-biznes deyə bir şey yox idi. Onda sırf səhnə və dövlət tədbiləri üçün çalışırdıq. İndi isə belə bir mühit yaranıb. Sakit və heç kimə mane olmadan, heç kimi burmadan öz işimizi görürük”.  

Nazimin yeni ifası fərqli tərzdə olduğu üçün müğənni bəzilərinin mahnını bəyənməyəcəyini, belə olan təqdirdə isə sevənlərinə onun digər mahnılarını dinləməyi tövsiyə etdi.

Nazim Məmmədov: “Bu mahnını qınayanlar da olacaq, alqışlayanlar da. İfaçının repertuarında müxtəlif səpkili mahnılar olmalıdır. Əgər mən bunu bacarıramsa, oxuyuram. Buna qulaq asmaq istəməyən adam qulaq asmasın. O getsin Aygün Səmədzadənin bəstəsi olan mahnıma qulaq assın. Yaxud Elza Seyidcahanın “İllər məni dara çəkir” mahnıma qulaq assın. Yaxud mənim ifamda muğam dinləsin”.

Nazimin ürəyində Aygün Bəylər və Röya qalmaqalı elə böyük bir yara açıb ki, müğənni son olaraq bu məsələyə münasibət bildirmədən fikrini yekunlaşdırmaq istəmədi.

Nazim Məmmədov: “Aygün Bəylər, həqiqətən, sənətkardır, gözəl xanəndədir. Sadəcə olaraq orda bənzətmə düz deyildi. Röya pop sənətkarıdır, pop ulduzudur. Bu gün Aygün Bəylərin etdiyini ola bilər ki, Röya edə bilməz. Ancaq etiraf etmək lazımdır ki, Röyanın vurduğu möhürü Aygün Bəylər vurmayıb. O, xanəndədir. Bunların müqayisəsi düzgün deyil”.

Belə...Biz də sonda Hacı Nazimə tutduğu yeni yolun uğurlu olmasını arzu edirik.

Qeyd edək ki, "ARB Ulduz"  kanalını  Azərspace 1 peykində 11024 tezliyində,  polyarizasiya: (V), FEC 5:6,  symbol rate: 12698 izləyə bilərsiniz.