“Sponsoru olan çox, amma sənət yox...” – Ramaldan sərt açıqlama

09 2018 10:56

Mahnılarını özü yazıb oxuyan, üstəlik son zamanlar bəstəkarlığı ilə şou-biznesin gözmuncuğuna çevrilən Ramal İsrafilov da yazdıqlarını elə yoldan keçənlərə paylamır. Mahnı verəcəyi insanları özü seçən müğənni, hətta aranjimançıların əksər hallarda işi geciktirmələri məsələsinə də toxundu. Bəzi ifaçıların bəhanədən başqa heç nə bilmədiyini deyən Ramal, daha nələri açıqladı, biləcəksiz.

Müğənni Ramal İsrafilova o qədər tənbəl-tənbəl dedilər ki, ifaçı acığa düşüb həm artıq çəkidən xilas oldu, həm də yaradıclığında elə bir sürət topladı ki, gəl görəsən.

Ramal İsrafilov: “Əvvəllər o qədər tənbəl, tənbəl deyirdilər. Baxdım gördüm ki, elə düz deyirlər. Ancaq tənbəl sözünü yavaş-yavaş yığışdırmaq lazımdır. Pəhriz, sənət, irəli getmək, məni sevənləri sevindirmək lazımdır”.

“Vəd verirəm ki, bir az da arıqlayacam. Sənətimlə daha çox məşğul olacam”.

Hələlik konsertinin vaxtını və ideyasını açıqlamayan müğənni, müasir tələblərə uğyun şəkildə konsert etmək niyyətinin olduğunu söylədi.

Ramal İsrafilov: “Mən 3 il bundan öncə konsert etsəydim, tam fərqli formada olacaqdı. İdeyamı açıqlamaq istəmirəm, ancaq ola bilsin ki, orkestri azaltdım. Dörd nəfər, bir də mən və rəqqaslar. Nə zamansa konsertim olacaq, fərqli bir şey olacaq”.

“Konsert fikri beynimdədir, düşünürəm, mahnılar seçilir. O mahnı çıxır, bu qalır, aranjiman təzələnir. Yay ayları gəlir, yəqin o vaxta kimi çəkim də azalar”.

“Bir az maddi durum adamı çətinliklərə salır. Mən təkəm. Komandam sponsorlara yaxınlaşacaq, biz onlara dəstək olacağıq, onlar da bizə kömək edəcəklər ki, konsertin maddi tərəfləri həll olunsun”.

Bəzi müğənnilərin aranjimançıları topa tutub onların işi geciktirdiyini söyləyənlərə isə Ramalı cavabı bu cür oldu.

Ramal İsrafilov: “Hər kəs öz işi üzərində ciddi, məsuliyyətlə işləsə, o zaman biz kimdəsə səbəb axtarmayacağıq. Mən də hansısa aranjimanım gecikəndə deyirəm ki, filankəs gecikdirdi. Hamımız öz işimiz üzərində məsuliyyətlə dayansaq, o zaman hər şey yaxşı olar”.

“Mən sənət dostlarıma səslənirəm ki, gəlin heç kəsi güenahlandırmayaq. Öz işimizdən, sənətimizdən möhkəm yapışaq”.

“İfaçlar mahnı tapmayanda qiymət amilini ortaya atırlar. Günahı bəzən aranjimançıların üzərinə atırlar. Burda elə gözəl aranjimaçılar var ki, hətta türklər bizdən öyrənirlər.

Hə.. necə deyərlər, qara qızın dərdi varıymış. Deməli, müğənnilər aranjimançının gözünün yolda qoyur ki, o da şou-biznes əhlinin işini uzadır.

Ramal İsrafilov: “Marketə girirsən, kimə nisyə mal verirlər? Ona görə də sənətçilər gedib aranjiman etdirəndə beh verirlər, sonra aranjimanın yarı hissəsi hazırlanır. Oxumağa başlayanda, keyfiyyəti alanda pul dam ödənilir. Kim bundan sonra aranjimanla bağlı deyinsə, bilin ki, bəhnə edir”.

Danışdıqca dilinin altında gizlətdiyi sözləri üzə çıxaran ifaçı iki sözün arası atmacasından da qalmadı.

Ramal İsrafilov: ““İfaçılar çox, pulu olan çox, amma sənət yoxdur. Sponsoru olan çox, amma sənət yoxdur. Mən ona necə pula görə sevilən mahnılarımı verim. Alınmır. Ona görə də mahnı verəcəyim adamları seçirəm. Çalışdığım müğənnilər də göz qabağındadır”.

“Türklər bir sənətçini  götürür, onun klipini də çəkir, mahnısını da aranjiman etdirir. Söz verir ki, bir il ərzində səni hamı tanıyacaq. Ancaq bizimkilər mahnını alır, aranjimanı etdirir, klip çəkdirir, bir də baxır ki, təqdimata pul yoxdur. Material əlində qalır, 2-3 ay keçir, zövqlər dəyişilir, aranjimanın keyfiyyəti ölür. O insan da depressiyaya düşə bilər”.

Biz də sonda müğənni Ramal İsrafilova yaradıclıq uğurlarının hər zaman bol olmasını arzu edirik.

Qeyd edək ki, "ARB Ulduz"  kanalını  Azərspace 1 peykində 11024 tezliyində,  polyarizasiya: (V), FEC 5:6,  symbol rate: 12698 izləyə bilərsiniz.