Murad Arif və Dilarə Kazımovanı bir araya gətirən səbəb nədir?

13 2018 11:51

Müğənni və bəstəkar Murad Arif “Şou məkan” a açıqlamasında bir daha heç bir müğənniyə mahnı verməyəcəyini açıqlasa da, deyəsən, fikrini dəyişib. 3 ildir sandığında saxladığı “Yalnız səni gözlədim” mahnısını Murad, Dilarə Kazımova ilə bərabər duet şəklində ifa edib. Üstəlik duetə klip də çəkilib.

Müğənnilərə, ümumiyyətlə, mahnı yazmağı bir kənara qoyan müğənni və bəstəkar Murad Arif, belə görünür ki, işin içində özü varsa, deməli yazdığı mahnını paylaşa bilərmiş.

Murad Arif: “Demişəm başqalarına yazmayacam. Duet oxumayacam deməmişəm. Duet özümündür. Dilarəylə mənim duetimdir. Başqalarına mahnı yazmıram. Dilarəylə bir yerdə hesab etdim ki, 14 fevralın öz mahnısı olsun, “Yalnız səni gözlədim”. 3 illik gözləntidən sonra axır ki, işıq üzü gördü.Duet ortağı axtarırdım. Mahnını dinlədim gözümün qabağında Dilarənin obrazı canlandı. Pərişan, dağınıq saçları, rokla bağlı keçmişi bu mahnını tamamladı”.

Murad müğənni həmkarları tərəfindən ona ancaq fantastik təkliflər olarsa, mahnı bəstələyib verəcəyini açıqladı.

Murad Arif :  “Sözümün üstündə durmuşam, hələlik yazmıram. Dəhşətli təklif olarsa, düşünərəm. Amma inanmıram. Ehtiyac da yoxdur. Özüm oxuyuram, effektini də görürəm. Mənə başqa nə lazımdır? İstəyirəm ilə 2- 3 klip çəkim. “Yalnız səni gözlədim” çıxdı Dilarəylə. Ardınca “Qızım” mahnısı çıxacaq. Oda klipiylə olacaq. Ondan sonra üçüncü mahnı gəlir yaya yaxın. Görürsünüz 4 aya üç ə klip çıxardıramsa, bu, yaxşıdır”.

Hə, nahəyət ki, Dilarə Kazımova da g əlib çıxdı. Murad, deyəsən, Dilarəylə sözləşib, təxminən bir-birinə bənzəyən paltarar geyinmisiz.

Murad Arif :   “Dilarə Kazımova.....Gördüyünüz kimi geyimlərimiz də uyğundur. Danışmamışıq heç”.

Dilarə Kazımova:  “Bu gün çəkilişim vardı deyə belə qara geyinmişəm. Təsadüfi olaraq ikimiz də belə geyinmişik”.  

Murad Arif :  “Açığı bir az kilo almışam. Zülfiyyə Xanbabayeva sayağı xalatlarla gəzirəm. Bir az özümü qaydaya salım, istədiyim kimi geyimlərlə gəzəcəm”.

14 fevral üçün qaçaraq-qoparaq, “Yalnız səni gözlədim” mahnısı hazırlayıb klip formasında təqdim edən müğənnilər, sən demə, bu ifanı “sevgililərin himni”etmək istəyirlərmiş.

Dilarə Kazımova: “Biz bu mahnını ona görə belə tələsik etdik ki, istədik 14 fevrala çatsın və sevgililərin himni olsun. Cütlük seçəcəyik və ən gözəl video bizdən hədiyyə alacaq”.

Murad Arif : “Mahnıya qulaq asıb “love story” çəksinlər və bizə qoşulsunlar”.

Dilarə Kazımova : “14 fevralda nə edə bilərik?

Murad Arif : “Gözəl şam yeməyinə gedə bilərlər. Dilarə və Muraddan onlara hədiyyə gözəl bir şam yeməyi olacaq”.

Dilarə Kazımova: “Məlumatlar və şərtlər bizim instagram səhifəmizdə var. Oxuyub bizə qoşulun”.

Murad Arif mahnını, adını çəkmədiyi bir filmin sountreki olaraq düşünsə də, sonradan nə baş verdi ki, Dilarə onunla razılaşmadı?

Murad  Arif :  “Bu mahnı bir filmin soundtreki olmalıydı. Dedim, ay Dilarə ,nə yaxşı oldu, bizə pulsuz klip çəkiləcək? Dilarə də filmin treylerinə baxdı, dedi bu nə filmdi”.

Dilarə Kazımova: “Dedim bu filmdə görmürəm bu mahnını”.

Biz də sonda hər iki ifaçıya hər zaman uğurlarının bol olmasını arzu edirik.

Qeyd edək ki, "ARB Ulduz"  kanalını  Azərspace 1 peykində 11024 tezliyində,  polyarizasiya: (V), FEC 5:6,  symbol rate: 12698 izləyə bilərsiniz.