"Atam dedi ki, bizə yaraşan bir insan deyil..." - Orxandan ilk açıqlama

14 2018 15:53

Əsas dəstəkçisinin atası olduğunu özü etiraf etsə də, əslində bu məsələnin şişirdilməsini sevməyən müğənni Orxan Babazadə, bu dəfə “Şou məkan” mikrofonuna danışdı. Evlənəcəyi xanımı tapıdığını, ancaq ailəsinin həmin qadını qəbul etmədiyini söyləyən Orxan, bununla bağlı ekskülziv açıqlamalar verdi. Müğənni şou-biznesdə işi bitdiyi zaman, bu sahədən birdəfəlik uzaqlaşacağını da bildirdi.

Müğənniliyə hobbi kimi baxıb əsas işinin biznes olduğunu diqqətə çatdıran Orxan Babazadə indi müğənnilərin əvvəlki kimi sevilmədiyi açıqladı.

Orxan Babazadə: “Bilirsiz ki, mən bizneslə də məşğulam. Müğənnilik mənim üçün bir hobbidir. Bəlkə də, hobbi olduğu üçün bu sahəyə isti yanaşmıram. Müğənnilər də əvvəlki kimi sevilmir və qəbul olunmur. Əvvəllər müğənnniyə daha çox hörmət, izzət var idi”

“Düşünürəm ki, əvvəlki kimi hörmət olunmur, müğənnilərə. Ona görə də mən belə sərt danışıram. Mən sözü üzə deyən bir insanam. Ətrafımda olanlar bilir ki, “qırmızı” insanam. Sözü üzə dediyim üçün çox adam məni bəyənmir, gözü götürmür”.

İki kəlmənin orta yerində həmkarlarına söz atıb fikir tutan müğənni, ətrafdakıların düşündüyü kimi özündənrazı bir insan olmadığını söylədi.

Orxan Babazadə: “Özümdən razı biri deyiləm. Sadəcə olaraq, qıraqdan elə görünür. Ola bilər ki, mənim duruşum, yerişim çox insanları aldatsın. Özümdən razı biri olmamışam, olmayacam da. Çünki mən görüb gəlmişəm. Sonradan görənlərdən deyiləm”.

Atasının dəstəyini hər zaman hiss etdiyini diqqətə çatdıran Orxan, onun müğənniliyə gəlməsində də atasının böyük köməyinin olduğunu etiraf etdi.

Orxan Babazadə: “Atam çox insana kömək edib. Baba deyəndə hamı kim olduğunu bilir. Mənim müğənni olmağıma atamın bu sahədə daha çox tanışının olması, daha çox insanlarla münasibətdə olması kömək edib. Ona görə də bu sahəyə yönəldim. Ola bilsin ki, atam hər dəfə məni tədbirlərə aparanda məndə müğənniliyə daha çox həvəs yaranıb”.

“Atam mənə hər zaman deyir ki, bu iş daha maraqlıdır, daha sərbəstdir, hər gün deyib-gülürsən. Hərçənd ki, onu görmürəm. Hər gün əsəb var. Şou-biznesdəki qalmaqallar da ki öz yerində”.

Müğənniliyi sonacan davam etdirməyəcəyini söyləyən Orxan Babazadə, belə görünür ki, bu sahəyə marağı bitdiyi zaman şou-biznesdən birdəfəlik gedəcək.

Orxan Babazadə: “Əlimdə maddiyyat var, ancaq bu sahəyə çox yanaşmıram. Bilirəm ki, nə zamansa müğənniliyi atacam. Bu iş ömürlük deyil. Hələ ki işlərimi yerinə yetirirəm. Bu sahədə tam qalan deyiləm”.

Orxan, sənin bu evlilik məsələn də ki, artıq qlobal problemə çevrilir. Söylə görək, bəs, nə zaman vağzalı çaldıracan?

Orxan Babazadə: “Düşünürəm ki, bu il evlənim. Tez evlənən tez udur, deyirlər. Ona görə də istəyirəm tez evlənim. İstəyirəm ki, ata olum, sonra uşaqlarımın övladı olsun, baba olum. Artıq bu barədə düşünürəm”.

Deyəsən, evlilik üçün namizəd tapmısan ki, belə arxayın danışırsan.

Orxan Babazadə: “Əslində namizəd var idi. Artıq yoxdur. Sadəcə həmin xanım ailəmiz tərəfindən düzgün qarşılanmadı. Atam dedi ki, bizə yaraşan bir insan deyil. Ona görə də həmin xanımdan uzaqlaşdırdı”.

“Ailə qurmaq elə bir ciddi məsələdir ki, onu böyüksüz, məsləhətsiz yerinə yetirmək olmaz. Mən hər zaman böyüklərimdən məsləhət alıram”.

Biz də sonda müğənniyə ailə həyatında və yaradıcılığında uğurlar arzu edirik.

Qeyd edək ki, "ARB Ulduz"  kanalını  Azərspace 1 peykində 11024 tezliyində,  polyarizasiya: (V), FEC 5:6,  symbol rate: 12698 izləyə bilərsiniz.