“Mən bu sənətdə dovşanı araba ilə tuturam” - Kərimdən həmkarlarına xəbərdarlıq..

22 2018 15:59

Ötən verilişlərimizdən birində “Həyat yoldaşı” adlı mahnısını eksklüziv olaraq, “Şou məkan”a təqdim edən müğənni Kərim Abbasov klip işıq üzü gördükdən sonra gələn reaksiyalardan danışdı. Münasibət yaxşı olsa da, ifaçının yeni işini tərəzilərdə gəzdirənlər də çox olub, deyəsən. Şou-biznesdə onunla qalmaqala girən həmkarına və ümumiyyətlə onun addımlarına dil uzadanlara isə Kərimin özünəməxsus cavabı oldu.

Çoxdandır “Həyat yoldaşı” adlı klipi ilə bağlı ürəkdolusu danışan müğənni Kərim Abbasov nəhayət ki, bu həftə yeni işini 14 fevral ərmağanı olaraq təqdim etdi.

Kərim  Abbasov: “Klipi 14 fevrala Sevgililərin gününə təqdim etməyimin səbəbi o idi ki, bu həyatda çox insanlar dost olaraq tanış olurlar, sonra münasibətləri sevgiyə çevrilir, ailə qururlar. Belə insanlar çoxdur həyatda. Bu klipi  bir neçı gündür ki, təqdim etmişəm. Görürəm ki , bəyənənlər çoxdur.

Kərimin yeni işini bəyənənlərlə yanaşı, klipə baxıb səhv tapmaq üçün əldən-ayaqdan gedənlər var ki, onlar sadəcə mədə bulandırmaq istəyirlər.

Kərim  Abbasov :  “Meşə çaqqalsız deyil. Pis rəylər yazırlar, yaxşı  rəy yazanlar da olur. Başqalarının klipinə də oxşadırlar. Biri yazır ki, toy tutmaqdan ötrü bunu çəkmisən. Bir yazır ki ,Tarkanın klipinə oxşadıbsan. Normal şeylərdir. Bilirsiniz, tənqid olmalıdır. Təhqir yox tənqid... Mən də bunları normal qəbul edirəm.  Əvvəl, gəl dost olaq, sonra olarıq həyat yoldaşı. Bu sözlərə uyğun mən başqa necə canlandıra bilərəm. Oturub düşünəndə görürsən ki, ağla heç nə gəlmir. Bəlkə də mənim dünya görüşüm kasaddır. O da ola bilər”.

Kərim bilib bilmədən onu tənqid edənlərin bu klipi ərsəyə gətirmək üçün çəkilən əziyyətdən xəbərlərinin olmamasını diqqətə çatdırdı.

Kərim  Abbasov :  “Orda 4 günün əziyyəti var. Orda bir ay gözləmək var. Onu deyim ki, biz yanvar ayının 8-i 9-u bitirdik klipi. Fevral ayının 13-dən 14 –nə keçən gecə hələ işləyirdik. Onu çıxart bunu sal. Bir ay əziyyət çəkdik, amma o əziyyəti qiymətləndirmirlər. Demək asanddır. İnsanın əziyyətini puç etmək olmaz. Soyuqdan tir-tir əsirdik.. Botanika bağında çəkilişlər olanda , hələ mən rejissor Qurbanı demirəm.Yazıq uşaq soyuqdan tir-tir əsirdi. Əziyyəti dəyərləndirmək lazımdır”.

Şou-biznesdə onun addımlarını müzakirə edib, bostanına daş ataraq inşaat sahəsinə çevirənlərə isə müğənninin cavabı bu cür oldu.

Kərim  Abbasov :  “O insanlar düşünmürlər ki, bəlkə Kərimlə işimiz olmasın.. Axı Kərim iki-üç günün Kərimi deyil. Kərim bəlli bir zamanın Kərimidir. Kərimin 37 yaşı var. Kərim dovşanı arabayla tutur bu sənətdə. Baxırsan sənət yox, danışıq mədəniyyəti yox, səhnə mədəniyyəti yox. Gündə saçını xoruz pipiyinə bənzədir, rənglətdirir. Mənə söz atmaq lazım deyil. Sən bilirsən ki, mən sənə necə cavab qaytara bilərəm. Ondansa mənə dəymə də. Ən gözəli mənə dəymə.”

Kərimin gərginlik yaşadığı insanla aralarında elə bir uçurum yaranıb ki, müğənni hər dəfə bəlli ünvana ismarış göndərsə də, deyəsən, xeyri olmur.

Kərim  Abbasov :  “Sənətçi sənətçiyə durub söz atır. Hansı ki, münasibətdə olan sənətçi... Münasibəti olmayan sənətçi qalıb qıraqda heç söz atmır...Söz atır, amma düşünmür ki, sənin başına kubik ataram . Sənin özündən xəbərin var? Öz həyat tərzindən xəbərin var?”

Biz də sonda müğənniyə gələcək fəaliyyətində uğurlarının hər zaman bol olmasını arzu edirik.

Qeyd edək ki, "ARB Ulduz"  kanalını  Azərspace 1 peykində 11024 tezliyində,  polyarizasiya: (V), FEC 5:6,  symbol rate: 12698 izləyə bilərsiniz.