“Mənə onun lüt bədəni lazım deyil... “ - Lalə Məmmədova açıqladı

23 2018 14:55

Əməkdar artist Lalə Məmmədova el arasında deyildiyi kimi sakit dayanıb vaxtı, zamanı yetişəndə kəsərli sözünü deyənlərdəndir. 23 fevralda reallaşacaq konserti ilə bağlı açıqlama verən müğənni, bir müddət öncə model Afaq Aslanla aralarında yaranan gərginliklə də bağlı danışdı.

Əməkdar artist Lalə Məmmədova bir müddət sakit su kimi səssiz-səmirsiz dayandı. İndi isə verəcəyi konsertlə vulkan kimi elə püskürəcək ki, bəzi həmkarlarını yandırıb yaxacaq.

Lalə Məmmədova:  “Fevralın 23 də Beynəlxalq Muğam Mərkəzində “Dan ulduzu” ansamblıyla bir yerdə ötən ilin mahnılarından və öz repertuarıma daxil olan bir  neçə mahnıdan ibarət konsert verəcəyik.Məktəb illəri” mahnısı artıq mənim vizit kartımdır. Konsertlərdə hamı məndən o mahnını gözləyir. Deyirdim sürpriz olsun, ancaq deyecəm, saxlamayacam. İlhamə xanımın repertuarından “Qaragilə” mahnısı da proqrama salınıb.Faiq Sücəddinovdan, Mehriban Əhmədovadan  olan mahnılar “Dan ulduzu” ilə ilk dəfə orda səslənəcək. Fikrimcə, yaxşı olacaq. Konsert yorucu olmamalıdır. Mən 3 – 5 saat da oxuya bilərəm. Gələnləri o qədər yormaq da olmaz”.

Ucuz qalmaqallara heç vaxt daxil olmadığını dilə gətirən Lalə Məmmədova haqq sözünü hər zaman deməyi bacardığını söylədi.

Lalə Məmmədova: “Mən həmişə sözümü deməyi bacarmışam. Sadəcə baxır hansı söz-söhbətdə insanın adı hallanır. Elə ucuz söz-söhbətlər var ki, insan onu özünə heç  yaxın tutmur. Sənətə aidiyyatı olmayan insanlar sənətə müdaxilə edirlər. Elələrinə bir kəlimə sual vermək lazımdır ki, sən kimsən? Biz həmkarlarımızla öz aramızda məsələni həll edə bilərik”.

Hər zaman üçüncü adamların suyu bulandırması ilə yaranan qalmaqallara toxunan müğənni, sənət dostlarına hansı tövsiyələri verdi, indi biləcəksiz.

Lalə Məmmədova: “Arada suyu bulandıran, dəxilsiz bir yerdə özünü ortalığa atan təsadüfi insanlar çoxdur bu sahədə. Burdan bütün həmkarlarıma səslənirəm. Heç vaxt , heç kimin sözünə uymayın. Sənət yoldaşlarım, imkan verməyin ki, təsadüfi insanlar meydanı bulandırsın. Mən dünən əgər Röya və İradə barəsində açıqlama vermişəmsə, sabah istəmərəm başqa sənət yoldaşım arasında anlaşılmazlıq olsun”.

Müğənni və model Afaq Aslanla aralarında yaranan gərginlikdən danışan Lalə Məmmədova, yenə də Afaq haqda eyni düşüncədə olduğunu söylədi.

Lalə Məmmədova: “Model Afaq Aslan haqda bir söz dedim, ancaq sənətlə bağlı dedim. Dedim ki, sənət göstərsinlər, mənə onun lüt bədəni lazım deyil. O təhqir deyildi, əslində. O, sənətə sənətçinin bir üsyanı idi, cəmiyyətə çağırış idi”.

Afaq Aslan isə ötən buraxılışlarımızdan birində Lalə Məmmədova ilə bağlı bu fikirləri səsləndirmişdi.

Afaq Aslan: “Sən əməkdar artistəm deyirsənsə, mən həmin atmacaları titula yaraşdırmıram. İndiyədək dəfələrlə Lalə Məmmədovanın şəkilləri qarşıma çıxıb. Baxsın görsün, mən bircə dəfə onun şəkillərinin altına yazmışam ki, necə zövqsüz geyinir, yaxud bu, nə makiyajdır ey, kişiyə oxşayır”.

Biz də sonda müğənniyə 23 fevralda baş tutacaq konsertində uğurlar və hər zaman sözünü deməsi üçün cəsarət arzu edirik.

Qeyd edək ki, "ARB Ulduz"  kanalını  Azərspace 1 peykində 11024 tezliyində,  polyarizasiya: (V), FEC 5:6,  symbol rate: 12698 izləyə bilərsiniz.