Səidə Sultan evlənəcəyi insanın kriteriyalarını açıqladı

27 2018 11:31

Mövlananın fəlsəfi sözlərindən yola çıxıb “Qarip dünya” adlı klipini sevənlərinin öhtəsinə verən müğənni Səidə Sultan, nəhayət ki, fanatlarının gözlərini yollardan çəkə bildi.

Səidə Sultan: “Mahnım “Qarip dünya” adlanır. Musiqisi Murad Zeynallı, sözləri Mövlanaya məsusdur. Klip UniMedianın məhsuludur. Klipi gənc rejissor İlkin çəkdi”.

“Əslində mahnı 3 ay bundan qabaq hazır idi. Sadəcə olaraq istədim ki, kliplə bərabər təqdim edim. Ona görə də iş biraz uzandı. Yeni işim insanlar tərəfindən də yaxşı qarşılandı”.

Çeynənib dadı-duzu qaçmış şablon sözlərdən artıq iyrəndiyini dilə gətirən müğənni, yəqin elə buna görə tamam fərqli bir şeir üslubuna müraciət edib. 

Səidə Sultan: “Toya uyğun sözlər oxuyurlar ey, xoşbəxt olaq, bir olaq, sən mənim yoldaşımsan, mən sənin ərinəm, mən sənin arvadınam, mən səni boşayıram, bu sözlər artıq məni iyrəndirir”.

“Mahnıya baxan kimi deyirsən ki, bu, toy üçün yazılıb. Ay camaat, qurban olum, məni toya çağırın. Həmin dəqiqə bilinir ki, belə mahnılar tamaşaçının müğənnini toya çağırması üçün yazılır. Mən həmişə deyirəm ki, müğənni kütlə arxasınca qaçmamalıdır. Nə qədər olar ey, meyxana tərzində oxumaq?”

Bu söz məsələsini Səidə ürəyinə necə salıb, necə problem edibsə, artıq qaranlıqda qarışqanı ayaqlamamaq üçün, gün işığında belə çıraq yandırır.

Səidə Sultan: “Son zamanlar çox qorxuram. Deyirəm elə sözlər oxuyum ki, onu həyatımda yaşamayım. Ətrafımdaklara da deyirəm ki, mən bundan sonra elə sözlər oxuyacam ki, həmin sözlər tək mənə deyil, hamıya aid olsun. Tək mənim özümə aid olan bir mahnı olanda və pessimist ruhlu olanda sözlərdəki aura ancaq mənim özümə təsir edir”.

Ay Səidə, sözlərə bu qədər sevginin olduğunu və sözlərdən bu qədər ehtiyat etdiyini bilmirdik. Söylə görək, şəxsi həyatında necə, sevgi varmı?

Səidə Sultan: “Tək tənha Səidəyəm. Sevgilim filan yoxdur. Fikrim ancaq işimdədir. Sevgi istəmirəm. Sevgiləri də gördüm. Mənim üçün sevgi mənasızdır. Necə olursa olsun, məni sevəcək olan adam çalışır ki, sadəcə “mən Səidə Sultanın sevgilisiyəm” ifadəsinə görə mənimlə sevgili olsun. Kişi kimi mərdi-mərdanə qabağa çıxan yoxdur. Hamısı nədənsə istifadə edir”.

İndiyə kimi evlənməmə səbəbini sadəcə heç kimi bəyənməməklə əlaqələndirən müğənni, “camaat nə deyər” fikri ilə yaşamadığını söylədi.

Səidə Sultan: “Doğrudan da, evlənəndə ölçüb-biçmək lazımdır. Mən bu yaşa qədər evlənməmişəmsə, bu, o demək deyil ki, məni kimsə bəyənib evlənməyib. Bu mənim qərarımdır, mən kimlərisə bəyənməmişəm, ailə qurmamışam”.

“Azərbaycanda biz qonşuya görə yaşayırıq, qohuma görə yaşayırıq. Mən isə bu dünyada özüm üçün yaşayıram. Bu ailəni mən quracam, mən yaşayacam. İstəmirəm ki, ailəmi qurum, sonra da dağıdım”.

Sən demə, bu yaxınlarda Səidəyə elçi belə gəlibmiş, ancaq ifaçının, deyəsən, könül qapısı yenə də açılmayıb.

Səidə Sultan: “Elçilərim oldu. Evdə də məni razı saldılar. Evə gəldilər. Sözsüz ki, hazırlıqlar olmalıydı. Süfrə filan açılamlıydı. Mən heç nəyə əlimi vurmadım. Anam bütün hazırlıqları gördü. Elçilər gəldi və gördüm ki, bu oğlan biraz da burda qalsa, onu boğum öldürərəm”.

“Özünün sözü olan, mərdi-mərdanə birinə ərə getmək istəyirəm. Kişi kimi oğlana getmək istəyirəm. Camaatdan asılı şəkildə həyatda yaşayan adama getmək istəmirəm. “Dostum nə isə deyər”, düşüncsi ilə yaşayan adamla ailə həyatı qurmaram”.  

Biz də sonda Səidə Sultana elə özünün arzuladığı kimi biri ilə ailə qurmasını arzulayırıq.

Qeyd edək ki, "ARB Ulduz"  kanalını  Azərspace 1 peykində 11024 tezliyində,  polyarizasiya: (V), FEC 5:6,  symbol rate: 12698 izləyə bilərsiniz.