“O müğənnilər üçün canımı verərəm...” – Elza Seyidcahan

05 2018 16:39

Əməkdar artist Elza Seyidcahanın atdığı addımları, ekstravaqantlığını əvvəl qəbul etməyib, sonra arxasınca qaçanlara müğənninin tutarlı cavabları oldu. Şou-biznesdəki bəzi insanların özünü dağ başında qartal zənn etməsini qınayan müğənni, tac qalmaqalı ətrafında gedən çaxnaşmaya da toxundu. İfaçının budəfəki açıqlamaları sizi əvvəlkindən fərqli formada çox təəccübləndirəcək.

Əməkdar artist Elza Seyidcahan hər kəsin düşündüyü kimi şou, gündəm yaratmaq üçün qeyri-adiliklər etmədiyini və ümumiyyətlə, dilə-dişə düşmək istəmədiyini açıqladı.

Elza Seyidcahan: “Onlar elə bilirlər ki, Elza bunu bilə-bilə edir, gündəmdə qalmaq üçün edir. Efirə çıxıb bir söz deyirsən, bir sözdən min məna çıxarırlar. Buna görə ailən, əzizlərin, özün narahat olursan. Bu narahatlığı elə yeni sakitləşdirirsən ki, başqa bir müsahibə ilə yenə aləm bir-birinə dəyir. Hamı zəng vurur. Məsələni aydınlaşdırana qədər, yeni bir problem çıxır”.

Həmkarlarının bir vaxtlar onu qınaq atəşinə tutduğunu, indi isə çəkinmədən təkrarladığını dilə gətirən müğənni, onların atdıqları addımların mənasız olduğunu söylədi.

Elza Seyidcahan: “Artıq məni təkrarlamağa başlayıblar. Nə qədər təkrarlasalar da, o insanlar necə gəliblərsə, elə yadda qalıblar. Mən bundan sonra nə qədər dəyişsəm də, Elza necə gəlib elə yaddadır”.

“Sizin özündənrazı, “kübar”, “xanım” tərzləriniz boş şeydir. Biz necə gəlmişiksə, elə qəbul olunmuşuq”.

“Bəzən insanlar özlərini necə hörmətdə saxlayırlar, deyim. Tanınmış insanlarla şəkil çəkdirirlər, paylaşırlar. Çalışırlar ki, hamıynan şəkil çəkdirib paylaşsınlar. Yəni demək istəyirlər ki, mən bu tədbirdə oldum, artıq bu təbəqədəyəm. Xeyr, elə deyil. Siz necə varsız, necə gəlmisiz, elə də yadda qalmısız”.

Həmkarlarının plastik əməliyyatı məsələsinə də toxunan müğənni, onların təbii hallarını bəyəndiyini və keçmiş görkəmləri üçün çox darıxdığımı söylədi.

Elza Seyidcahan: “Kim ki, mənim həmkarlarımdan plastik əməliyyat etdirib, onların öz təbii halları mənim üçün daha gözəldir, nəinki indiki halları. Mən onların təbii halları üçün elə darıxmışam ki. Onların özünəməxsus burunları üçün, onların özünəməxsus dodaqları üçün. Həmin insanların üz cizgilıri mənə o qədər doğma idi ki, onların yeni vəziyyətinə öyrəşə bilmirəm. Düzdür, elələri var idi ki, həmin adamların plastik əməliyyata ehtiyacı vardı”.

“Könül Kərimova plastik əməliyyatdan normasında istifadə edib”.

Tac taxma uğrunda gedən marafonda bir ara elə çaxnaşma, qalmaqal yaşandı ki, müəyyən müddət şou-binzes bu mövzu ilə çalxalandı. Bir ucu Elza xanıma da toxunan tac qalmaqalına müğənni bu cür aydınlıq gətirdi.

Elza Seyidcahan: “ Tacı bizdən əvvəl İlhamə Quliyeva taxıb. İlhamə xanımdan əvvəl Rübabə Muradova, Sara Qədimova, Zeynəb Xanlarova taxıb”.

“Qara tac var, sarı tac var, oğru tac var, r doğru tac var, yalan tac var. Tacı hamımız taxa bilərik. Əsas ona layiq olmaqdır. Mən taxdığım taclara layiqəm. Mənə yaraşır. O tac mənim əməllərimə , sənətimə, sözümə, hərəkətlərimə yaraşır”.

Son olaraq isə Əməkdar artist Şou-biznesdə qorxu il yaranan hörmətdənsə, sevgi ilə yaranan hörməti üstün tutmağı diqqətə çatdırdı.

Elza Seyidcahan: “Bu dəqiqə elə müğənnilər var ki, onlar üçün canımı verərəm. Flora Kərimova, Nisə Qasımova, Brilliant Dadaşova, Emira Rəhimova. Mən kiçilməkdən qorxmuram. Nə qədər kiçilsəm də, Allah məni beş o qədər qaldırır”.

“Heç kəsə arzulamıram ki, sağlığında hamı gəlib onun əlindən öpsun, baş əysin. Ancaq öldükdən sonra heç kim yad etməsin. Sağlığında ona yaltaqlanan insanlar onun məzarı üstündə olmasınlar”.

Biz də sonda Elza Seyidcahanın hər zaman diqqət mərkəzində olmasını arzu edirik.

Qeyd edək ki, "ARB Ulduz"  kanalını  Azərspace 1 peykində 11024 tezliyində,  polyarizasiya: (V), FEC 5:6,  symbol rate: 12698 izləyə bilərsiniz.