Müğənnilər onlarla edilən hansı zarafatları unutmayıblar ? – Sorğu

06 2018 11:43

Zarafat etmək zarafat edəni kifayət qədər əyləndirsə də, zarafat qurbanı bir çox hallarda onun qədər gülüb əylənə bilmir. Üstəlik yersiz zarafatların gözlənilməz sonluqla nəticələnmə ehtimalını da ki hər kəs yaxşı bilir. Şou əhli də həm həmkarları, həm də dost-tanışları, yaxınları tərəfindən zaraftalarla üzləşiblər. Görəsən, onların heç vaxt unutmadıqları zarafat nə olub? 

Şou-biznes nümayəndələrinin bir qisminə onların yaxın dostları tərəfindən edilən zarafat, müğənniləri əməlli-başlı qorxudaraq, qısamüddətli stresslə nəticələnib.

Tacir Şahmalıoğlu:  “Mənə zəng etdilər ki, maşın yanır. Həmin vaxt yatırdım. Maşında sənədlər, bir az da pul var idi. Xəbəri eşidən kimi elə bunlar yadıma düşdü. Ay aman, pul getdi, sənədlər yandı. Sonra gördüm ki, uşaqlar gülürlər. Sən demə, 1 aprel zarafatı imiş”.

Cəmilə Tağızadə:  “Serialda çəkiləndə bacılarım var idi: Günay və Rumiyyə. Məni hava limanında qarşılayanda çox böyük bir sürpriz etdilər. Elə bir sürpriz idi ki, bunu sonra mən sənin qulağına açıqlayaram. Mən həyəcandan, stressdən, qorxudan ağladım. O da özüm üçün deyil, Rumiyyə üçün. Dedilər ki, Rumiyyəni götürüb aparıblar, vəziyyəti çox pisdir. O dərəcədə pisdir ki , biz itirdik Rumiyyəni. Siz mənim halımı təsəvvür edin də. Çox pis vəziyyətdəydim.  Bir də  gördüm ki, Günayla Rumiyyə gəlir, sağ-salamat, hər şey də yaxşıdır. Düşündüm ki, indi ürəyim partlayacaq.”

Roza Zərgərli: “Yeni il qabağı mənə mesaj gəlmişdi: mən sənə nifrət edirəm, dünyada səni kimi adam görmədim. Bu qədər insafsızlıq, şərəfsizlikmi olar? Bu sözlər yazılmışdı. Çünki sən Şaxta babaya inanmırsan. İlk dəfə oxuyanda çox qorxmuşdum. Çünki həmin mesajı yazan o qədər yaxın bir insan idi ki. Düşündüm ki, axı mən ona nə etmişəm?”

Zarafatın dərəcəsi bəzən o qədər amansız və adamı özündən çıxaran olur ki, insanlar zarafat edəni elə həmin dəqiqə bir qaşıq suda boğmaq istəyirlər.

Xatun :  “Xanım müxbir var idi. Bir gün çəkilişə gəldim. Çəkilişə gələndə  saçımı yığmışdım. Bir telim düşmüşdü üzümə.Tutdu saçımın telini dartdı. Dedim sən nə edirsən? Çəkiliş qabağı istəmirdim ki əhvalım pozulsun. İstədim onun bütün saçını yolam. Dedi ki, zarafat elədim də. Gəl sən də mənim saçımı dart. Mən onda onun üzünü gördüm.”

 

Zarafat edənin də, zarafat qurbanının da zövq aldığı, sonda əyləncənin olduğu məqamlar var ki, bu cür xoş zarafatlardan heç kimə əsəb və stress gəlməz.

Nüşabə Ələsgərli :  “Ailəvi dostumuz var, Zemfira xanım Mədətov.  O, Hindistana gedib gəlir, bizneslə məşğuldur. Yatırdıq, səhər saat altı  ya yeddi olardı.  Zemfira xanım aprelin 1- zəng edib ki, Nuşka, Rza yanındadır? Deyirəm səhər altıdır da, yanımda yatır. Dedi ki, Rzanı Bollivuda çağırırlar, kinoya çəkmək istəyirlər. Təbrik edirəm, gözünüz  aydın. Mən də sevindiyimdən Rzanı oyadıram ki, dur-dur... “

Nazənin :  “Bir dəfə məni hava limanına göndəriblər ki, Moksvada toya getməliyik. Biletlər də yazılıb. Getdim, gördüm heç nə yoxdur. Dostum yanımdan çıxdı ki, yaxşı oldu, səni neçə vaxt idi ki, görmürdüm. Amma sözün açığı elə pərt olmuşdum”.

Müğənni Samir Cavadzadənin Əməkdar artist Röya Ayxana etdiyi aldadıcı zarafat isə zarafatların ən maraqlısı sayıla bilər.

Samir Cavadzadə: “Röyaya deyirəm ki, tortun üzərindəkiləri söndürmək olar. O da mənə inanır. Bax bu videoda deyirəm ki, onu söndür. Söndürməyə başlayır. Bu cür zarafatlarımız da olub. Onu söndürmək olmur axı”.

Heyvanlara, hətta onların oyuncaq versiyalarına belə olan fobiya, müğənni Yusif Mustafayevi də bərk qorxuya salıb.

Yusif  Mustafayev: “Cibimə ilanın skletini atıblar. Həyatda ən çox qorxduğum da ki, ilandır. Onda qorxduğum kimi hələ qorxmamışdım”.

Zarafatınız əgər sonda gülüşə səbəb olacaqsa, bacardığınız qədər edin. Yox əgər kimlərisə stressə salıb, qorxudacaqsa, o zaman elə həmin dəqiqə unutmağınız məsləhətdir.

Qeyd edək ki, "ARB Ulduz"  kanalını  Azərspace 1 peykində 11024 tezliyində,  polyarizasiya: (V), FEC 5:6,  symbol rate: 12698 izləyə bilərsiniz.