“Elnurla əvvəlki sıx münasibətim yoxdur...” – Natavan etiraf etdi

08 2018 12:33

Müğənni Natavan Həbibi, nəhayət ki, bir müddət müəyyən səbəblərdən yaradıcılığında yaranmış durğunluq və səssizliyə son qoydu. Sevənləri ilə görüşüb, onlara mini konsert verən, imza günü keçirən ifaçı, Elnur Məmmədovla aralarında olan küsülülük məsələsinə də toxundu. Reper Dado ilə barşmıyan ulduzdarından danışan müğənninin açıqlamaları isə qeyri-müəyyənliyi ilə yadda qaldı.

Fanatları ilə bir arada olanda özünü rahat hiss etdiyini dilə gətirən müğənni Natavan Həbibi, elə bu görüşü ilə sevənlərinə verdiyi sözü yeyinə yetirmiş olub.

Natavan Həbibi: “Sanki uşaqlarla gəzməyə, əylənməyə çıxmışıq. Fanatlarımla görüşəndə rahat oluram. Bilirəm ki, üzərimdəki yük bir az azalır. Belə görüşlər üçün söz verirəm, alınmır, əziyyət çəkirəm”.

“Bu görüşə Səidə Sultan gəldi. Oxusaydı, daha gözəl olardı, sevinərdim. Anar Ağakişiyev də burdaydı. Mən bu cür şeyləri sevirəm. Dostlarımın dostluqlarını, səmimiyyəti hiss etdirməsini sevirəm. İnsanlar bunu bir-birilərinə hiss etdirməlidirlər”.

Oksana Rəsulovanın doğum günündə bir arada görüntülənən Natavanla Elnurun barışdığı söylənsə də, bu yaxınlarda yenə küsülü olduqları ilə bağlı söz-söhbətlər yayıldı.

Natavan Həbibi: “Mən heç Elnuru görürəm ki, ondan küsüm və ya barışım. Sonuncu dəfə onu Oksananın doğum günündə görmüşəm. İnsanlar heç nəyi bilmədiklərinə görə bizim küsüb barışdığımızı düşünürlər. Salam, sağolumuz var. Biz düşmən deyilik. Elnurla əvvəlki sıx münasibətim yoxdur. Bunun isə heç kimə aiddiyyatı yoxdur. Bu, sırf üç-dörd nəfərin arasında olan söhbətdir”.

Natavanla Dado evləndikdən sonra demək olar ki, hər gün müzakirə mövzusu oldular və onlarla bağlı söz-söhbətlər ayaq tutub yeridi. Uğursuz evlilikdən sonra müğənninin bu məsələ ilə bağlı reaksiyası da sərt oldu.

Natavan Həbibi: “Bu haqda danışmağa bir şey yoxdur. Mən bir dəfə demişəmsə, yenilik yoxdursa, mən bunu təkrar-təkrar necə deyim. Lazım deyil. Nə vaxtsa, nəsə olsa, biləcəksiz”.

“Ümumiyyətlə, çalışıram ki, həyatda heç nəyin peşmançılığını çəkməyim. Hər şeyə şükr edib, həyata davam edirəm. Həyatda ancaq gözəl şeylər yaşamırıq. Yaxşı da olur, pis də. Biz onlardan imtina edib unuda bilmərik”.

Yeni saç düzümü isə müğənninin, deyəsən, çox xoşuna gəlib. Üstəlik Natavan bu imici ilə bir sıra layihələr hazırlamaq niyyətindədir.

Natavan Həbibi: “Bu saç düzümü xoşuma gəlir. Həmişə alnım açıq gəzmişəm. Saçım alnıma tökülməyib. İndi alnım bağlanır. Özümü narahat hiss edirəm. Bizim bu saçla layihələrimiz var. İşbirliyi qurduğum insanlar saçımı kəsməyimi istəmirlər”.

Biz də sonda müğənniyə gələcək həyatında və yaradıcığında uğurlar arzu edirik.

Qeyd edək ki, "ARB Ulduz"  kanalını  Azərspace 1 peykində 11024 tezliyində,  polyarizasiya: (V), FEC 5:6,  symbol rate: 12698 izləyə bilərsiniz.