“İçini qurd basan insanlar bu sözü deyə bilərlər...” - Aytac Vidadi qızı

13 2018 15:56

Müğənni Aytac Vidadi qızını necə deyərlər, elə iş başında yaxaladıq. Fotosessiya üçün kamera önünə keçən ifaçı, heç vaxt geyinmədiyi paltarlarda cəsarətli şəkillər çəkdirdiyini söylədi.  

Aytac Vidadi qızı: “Bu gün fotosessiyamdır. İnanıram ki, çox gözəl çəkimlər olacaq. Çünki bu gün gördüyünüz kimi fərqli obrazlardayam. Heç vaxt  geyinmədiyim, biraz da cəsarətli paltarlara üz tutdum. Mən çox qısa geyinən olmadığım üçün bu, mənə görə cəsarətli  sayılır. Ailə qurursansa, artıq ailənə hörmət etməlisən. Mən həm də anayam. Ana kimi də hər şeyə diqqət yetirməliyəm”.

Ailə qurduqdan sonra sənətilə ristk etdiyini etiraf edən Aytac, işlərinin də buna görə yarımçıq qaldığını söylədi. Müğənninin danışığından aydın olur ki, o, heç nə üçün peşman deyil.

Aytac Vidadi qızı:  “ Mən sənətimlə risk elədim. Düzdür, bir neçə işim, əməyim yarıda  qaldı. Təəssüflənmədim də. Çünki qadın üçün ailə hər şeydən önəmlidir. Övladım oldu. O, mənim hər şeyimdir”.

Həmkarlarından fərqli olaraq, Türkiyədə çevrəsinin geniş olduğunu arxayın şəkildə söyləyən müğənni, orda daha çox uğur qazana biləcəyini dilə gətirdi.

Aytac Vidadi qızı :  “Düzdür, hamı deyir ki, ora gedib gələn müğənnilər bir şey edə bilmir, sən də edə bilməyəcəksən. Əslində isə bu, belə deyil. Mənim yoldaşım Türkiyə vətəndaşıdır. Bu, mənim üçün daha asandır. Mənim çevrəm  orda çoxdur, nəinki burda .Orda bir neçə sənətçiyə öz yazdığım, bəstələdiyim mahnıları  verirəm. Satacağım mahnılarım da var”.

Aytac Azərbaycana gələn kimi Türkiyə vətəndaşı olan həyat yoldaşından ayrılması ilə bağlı xəbərlər yayılmağa başladı.

Aytac Vidadi qızı: “Heç bir ayrılıq yoxdur. Bunu deyən sadəcə bizi istəməyən insanlardır. İçini qurd basan insanlar bu sözü deyə bilərlər. Çox şükür, heç bir problem yoxdur.Yoldaşım burda işlədiyinə görə, mənim də işlərim burda yaxşı getdiyinə görə, qərar verdik ki , Azərbaycana qayıdaq. Təbii ki, orda da işlərimiz gedir, burda da.  Bu belə davam edəcək. Mən həm burda, həm də Türkiyədə olacam . Məni  istəməyənlər  toy sahiblərinə deyirlər ki , Aytac Türkiyədə yaşayır, burda yoxdur. Əziz tamaşaçılar, mən burda, Azərbaycanda yaşayıram. Türkiyəyə gedib gəlsəm də, burda yaşayıram. ”

Aytac, həyat  yoldaşın tərəfindən gedəcəyin yerlərlə və ya geyimlərinlə bağlı hansısa qadağalar varmı?

Aytac Vidadi qızı: “Qadağalar deyəndə, bəzi yerlər var ki, həyat yoldaşım deyuir ki, ora getmək olmaz. Təbii ki, mən də hörmətlə yanaşıram, deyirəm yaxşı. Bəzi geyimlər  var ki, deyir bu, sənə yaraşmır. Bir-birimizin fikrinə hörmətlə yanaşırıq“.

Son olaraq isə Aytac yenicə işıq üzü görmüş mahnısının qısa zamanda populyarlaşmasını da diqqətə çatdırmaqla fikirlərini tamamladı.

Aytac Vidadi qızı :  “Bu yaxınlarda  sözləri və musiqisi  Arzu Abbasovaya aid yeni mahnım işıq üzü görüb. Uğurlu alındı. El şənliklərində də məndən tez tez istəyirlər bu mahnını. Mahnının  adı “mən dağlar qızı” dır“.

Biz də müğənniyə həm ailə həyatında həm də yaradıcılığında uğurlar arzu edirik.


Qeyd edək ki, "ARB Ulduz"  kanalını  Azərspace 1 peykində 11024 tezliyində,  polyarizasiya: (V), FEC 5:6,  symbol rate: 12698 izləyə bilərsiniz.