“Elvin sabah lüt xanımlarla da şəkil çəkdirə bilər...” – Elvin Abdullayev

15 2018 14:25

Müğənni Elvin Abdullayevi bu dəfə Dənizkənarı Milli Parkda, necə deyərlər, yaxalıyıb, bir-iki kəlmə söhbətləşə bildik. Son mahnısı üçün kamera önünə keçib fotosessiya etdirən müğənni tərəf müqabili ilə səmimi, romantik pozlar verdiyini açıqladı. Hətta şəkillər o qədər romantik olub ki, müğənninin izləyiciləri onun boşanması ilə bağlı, ifaçıya suallar da ünvanlayıblar.

Yeni mahnısı üçün fotosessiya etdirən müğənni Elvin Abdullayev, ifanın qısa zamanda fanatlarının ürəyinə yol tapa bildiyini açıqladı.

Elvin Abdullayev: “Bildiyim qədərilə mahnı cavanların çox xoşuna gəlib. Mənim də sevdiyim mahnılardan biridir. Musiqisi mənə aiddir, sözləri isə Anar İsmayılovundur. Aranjiman isə Eyyub Yahyayevə aiddir. Komanda olaraq çalışmışıq”.

“Bu mahnının fotosessiyası həyat keçirildi. Elgün Zaman çox sağ olsun. Videoqraf Elvin Məmmədov da köməklik göstərdi.Təmənnasız olaraq, onlar mənə dəstək oldular”.

İfaçının yeni mahnısı üçün etdirdiyi fotosessiya da müzakirəsiz ötüşməyib. Şəkilləri görən insanlar, Elvinin tərəf müqabili olan xanımla səmimi pozlarını tamam başqa cür anlayıblar.

Elvin Abdullayev: Hamı mənə yazır ki, Elvin, evdə-eşikdə salamatçılıqdır? Boşanma söhbəti filan yoxdur ki? Deyirəm ki, niyə? Doğrudan da, mən indiyə kimi xanımlarla klip çəkdirmişəm, ancaq bu cür isti münasibətdə, romantik, erotik fotosessiya etdirməmişəm. Düzdür, burda erotikadan söhbət gedə bilməz. Ancaq romantik şəkillər var. Bu şəkillər çəkilməmişdən öncə öz ölümümə imza atmışdım".

Ailəsinə bağlı biri olduğunu xüsusi vurğulayan müğənni, iş gördüyü insanlarla heç vaxt müansibət yaşamayacağını diqqətə çatdırdı.

Elvin Abdullayev: Mənim xarakterimdə yoxdur ki, iş gördüyüm insanla nələrsə yaşayım. Mən ailəmə bağlı bir insanam. Bunu mənim tamaşaçılarım da, ətrafımda olan insanlar da bilir. Mən nə qədər incəsənət nümayəndəsi olsam da, mənim bir ailəm var, mənim bir övladım var. Mən onlarla çox xoşbəxtəm. Elvin sabah lüt xanımlarla da şəkil çəkdirə bilər. Hər şey edə bilər, ancaq mənim ailəm ailədir”

İndi zövqsüz musiqilərə daha çox marağın olduğunu söyləyən müğənni, konsert vermək arzusunda olsa da, deyəsən konsertinə gələcək kütlə ilə bağlı şübhələri var.

Elvin Abdullayev: “Yaxşı musiqilərə istiqanlılıq yoxdur. Zövqsüz musiqilərə maraq var. Bu gün mən konsert versəm, bilmirəm ki, orda kütlə nə qədər olacaq. Çox güman ki, qohum-əqrabam, dost-tanışlarım ola bilər”.

“Konsert olmalıdır. Konsert olmasa elə bil ki, sənin vizit kartın yoxdur. Nə qədər status, titul alırsan al, konsert olmasa, alınmaz”.

Elvinin danışığından belə məlum olur ki, ifaçının konsertlə bağlı kifayət qədər həvəs və ideyaları olsa da, hələlik qazanın altını yandırmaq üçün nəyisə gözləyir.

Elvin Abdullayev: “1 saat və ya 2 saat konsert davam edir. Mən səhnədə tam hərəkətli olmaya bilərəm. Ancaq səhnədə aktyorlardan istifadə edə bilərəm. Oxuduğum mahnını onlar canlandıra bilərlər. Pantomim aktyorlarından istifadə edə bilərəm. Konsertdə rəsmlərdən, rəssamlardan da istifadə etmək olar”.

“Məni belə bəyənirlər. Mən durduğum yerdə 180 dərəcə dəyişib, hansısa hərəkət etsəm, sevənlərim bəyənməz”.

Biz də sonda müğənniyə ailə həyatında və yaradıcılığında uğurlar arzu edirik.

Qeyd edək ki, "ARB Ulduz"  kanalını  Azərspace 1 peykində 11024 tezliyində,  polyarizasiya: (V), FEC 5:6,  symbol rate: 12698 izləyə bilərsiniz.