Dostları Bahar Lətifqızına doğum günü sürprizi etdilər

03 2018 12:28

Xüsusi günlərə vaxt sərf etmək istəmədiyini və zamanını övladına həsr etdiyini dilə gətirən müğənni Bahar Lətifqızının dostları, ona gözləmədiyi bir doğum günü məclisi qurublar.

Bahar Lətifqızı : “Mənim bu gün hamıdan gizlənməyimin səbəbi  yeyib içməkdən qorxduğum üçün deyil. Çünki istəmirəm edim. Uşağım səhər dərsə gedir. Müəllimi gəlir dərsini keçir. İstədim bu günümü uşaqlarıma sərf edim. Amma  bunlar var ey, bunlar məni qoymurlar. “

Xalidə:  “Yeganəylə danışdıq ki, Bahar ad günü keçirmək istəmir. Biz də ona sürpriz etdik. Dedik başqa adla çağıraq gəlsin oturaq“.

Bahar Lətifqızı : “Özü də deyir ki, uşaqları da  götür. Bu birisi də yazıq sifət alıb ki, sən canın Ömər də yanımdadır. Uşağı da götür, gəl. Yer var, ora gedəcəyik. Gəlmişəm ki, maşallah hər şeyi hazırlayıblar“.

Onun üçün belə bir doğum günü sürprizi edib üzünü güldürən dostları olduğu üçün Bahar özünü bu baxımdan şanslı hesab edə bilər.

Yeganə:  “Xalidə xanım axşam mənə zəng etdi ki, Yeganə necə edək? Bahar doğrudan, doğum günü keçirtmək istəmir. Ən böyük səbəbkar Xalidə xanım olub. Mənə dedi, mən də Rəvana. Belə belə hamını yığdıq. Hər şeyi planlaşdırdıq, bir də baxdıq ki, işin içindəyik”.

Rəvan Qarayev : “Mən Baharı çox istəyirəm. Biz 5 nəfərik əslində. Yaxın dostlarıq. Ən sonda mənə deyiblər. Xalidə günorta deyib mənə. Ən sonda mən öyrənmişəm.Təbrik edirəm, uzun ömür, can sağlığı arzu edirəm”.

Baharın bu özəl və gözəl günündə onunla bərabər olub, tək buraxmayan, dostları da, müğənni üçün olan ürək sözlərini, təbrikləri çatdırdılar.

Yeganə: “Bahara qadın xoşbəxtliyi arzulayıram. Baharın iki övladı var. Onları can sağlığıyla böyütməyi arzulayıram. Hər zaman balalarının üstündə olsun

Xalidə : “Mən də təbrik edirəm. Allah balalarının xoş gününü nəsib etsin. Bunlar mənim uşaqlarımdır. Mənə də nənə deyirlər. Bütün yaşları ona uğur gətirsin. “

Bahar Lətifqızı :  “Nə qədər məni təbrik etmək istəyən varıydı, nə qədər insan məni təbrik etdi, mən də hər birinizə təşəkkür edirəm. Onların mənə arzuladığının 10 qat artığını dostlarıma, məni sevənlərə arzu edirəm.”

Bahar ilk doğum günü təbriki həmişə gözlənilən olur. Dostlarından hansı daha tez səni yada saldı?

Bahar Lətifqızı : “Dünən ilk zəng edən elə Xalidə xanım oldu. Onunla danışa-danışa Fidan zəng elədi . Amma iki gündür təbriklər gəlir.”

Biz də sonda Bahar Lətifqızını təbrik edir, ailə həyatında və yaradıcılığında uğurlar arzulayırıq.

Qeyd edək ki, "ARB Ulduz"  kanalını  Azərspace 1 peykində 11024 tezliyində,  polyarizasiya: (V), FEC 5:6,  symbol rate: 12698 izləyə bilərsiniz.