“Fəxr edirəm ki, 17 il keçib, amma...” – Ədalət Şükürov etiraf etdi

04 2018 14:48

Əməkdar artist Ədalət Şükürov qatıldığı məclislərdən birində kameramıza görüntüləndi. Sosial şəbəkələrdə aktivliyi ilə seçilən müğənni, Dağıstanda baş tutan tədbirlərindən danışdı. Azərbaycanda sonuncu dəfə 2009-cu ilə konsert verən ifaçı, bəs indi niyə böyük konsertlərə qol qoymur, bax bunun əsas səbəblərini açıqladı. Müğənnilərin yaralı yeri olan eyni problem, görünür, Ədalət Şükürov üçün də aktuallığını qoruyub saxlayır. 

Əməkdar artist Ədalət Şükürov yerli şou-biznes nümayəndələrindən bəlkə də, yeganə adamdır ki, onun instagram hesabı hər gün yenilənən və çeşid bolluğu ilə seçilən hipermarketlər kimidir.

Ədalət Şükürov: “İnstaqram varsa, deməli, işləməlidir. Çexovun bir hekayəsində deyildiyi kimi, əgər xalçanın üzərindən silah asılıbsa, deməli, atmalıdır. İnstagram insanlar üçün maraqlıdır. Bizim atdığımız addımları fanatlarımız bilməlidir”.

Vaxtını çoxdan başa vurmuş sosial şəbəkə hesablarından fərqli olaraq, müğənni atdığı bütün addımları daha çox video şəklində təqdim edir.

Ədalət Şükürov: “Video daha realdır. Şəkili bir ay sonra da paylaşmaq olar. Amma video çəkib yerləşdirəndə insanlara daha yaxın olur”.

Məşhurların əsas reklam variantlarından olan sosial şəbəkələrdə onların ən böyük dəstəkçisi və tənqidçisi də elə izləyicilər olur. Bəs sizdə vəziyyət necədir?

Ədalət Şükürov: “İnsanlar cürbəcürdür. İnternetin o biri tərəfində olan adam bilmirsən ki, kimdir, nədir, necədir. Çox şey yazırlar. Amma yaxşı rəylər daha çox yazırlar. Sosial şəbəkə hesabını tez-tez yoxlamalısan. Bilməlisən ki, kim sənin paylaşımlarını bəyənir, kim izləyir, kim izləmir”.

Dağıstanın Xalq artisti olan Ədalət Şükürov elə burda verib verəcəyi konsertləri ilə fanatlarının gözünü heç vaxt yolda qoymur.

Ədalət Şükürov: “Mən fəxr edirəm ki, Dağıstanın Xalq artistiyəm. Fəxr edirəm ki, 17 ildir onların dövlət tədbirlərində, el şənliklərində iştirak edirəm. 17 il keçib, amma məni necə çox istəyirlər, elə də çox istəyirlər”.

“Bu yaxınlarda Dağıstandan qayıtdıq. İki konsertimiz oldu. Biri Mahacqalada, o biri Dərbənddə. Avqust ayında Dağıstanda, Filarmoniyada yenə konsertim olacaq. Ora hazırlaşırıq”.

Azərbaycanda verdiyiniz son böyük həcmli konsertin üzərindən 9 ilə yaxın vaxt keçib. Burda yenidən belə bir konset verməyi düşünürsüzmü?

Ədalət Şükürov: “Son konsert 2009-cu ildə olub. Artıq 9 il ötüb. Onu təşkilatçılar hazırlamışdı. Mən də gəlib iştirak etdim. O ki qaldı Dağıstana, orda təşkilatçılar konserti təşkil edirlər. Təşkilatçı olmasa, konsert olmaz”.

“Heydər Əliyev Sarayında konsert təşkil etmək 40 min manata gəlib çıxır. Ona isə sponsor lazımdır”.

Biz də sonda sənətçiyə yaradıcılığının hər zaman bol bəhrəli və uğurlu olmasını arzu edirik.

Qeyd edək ki, "ARB Ulduz"  kanalını  Azərspace 1 peykində 11024 tezliyində,  polyarizasiya: (V), FEC 5:6,  symbol rate: 12698 izləyə bilərsiniz.