“Üçüncü dəfə evlənmək fikrim yoxdur...” – Rəvan Qarayev açıqlama verdi

10 2018 15:39

Gündəm tərəzisində onun çəkisini hər zaman ağır göstərən mahnıları əvvəlcə ifa etmək istəmədiyini etiraf edən Rəvan Qarayev, bununla bağlı eksklüziv açıqlamalar verdi. Boşanma xəbərləri ilə bir müddət maqazin dünyasında əks-səda doğuran ifaçı, qızları və üçüncü evliliyi ilə bağlı hələ heç yerdə eşitmədiyiniz məqamlara toxundu.

Hər zaman axtarılan bir müğənni olmaq üçün tez-tez görünməyin mənasız olduğunu söyləyən Rəvan Qarayev, tamaşaçının damağında dad buraxmağı yaxşı bilir, deyəsən.

Rəvan Qarayev:  “Əgər sevilən ifaçı olmaq istəyirsənsə, səni hamı axtarmalıdır. Səni hər yerdə görürlərsə heç nə edə bilməyəcəksən. Bilirsiniz, göz gəzməlidir ki, mən bunu harda görə bilərəm. Əgər hara gedirsə, məni görürsə, artıq onun üçün maraqlı deyiləm. Məni görmək istəyirsənsə, çağır gəlim oxuyum. “

Barmaqla göstərilən bir müğənni olmaq istəmədiyini dilə gətirən Rəvan, ifaçının tamaşaçanı bezdirməməli olduğunu xüsusi vurğladı.

Rəvan Qarayev:Çalışıram qapalı bir məkanda oturum. Son zamanlar insanların harda olmağını çəkib göstərirlər. Bundan xoşum gəlmir, özümü  narahat hiss edirəm. Əgər sevilirsənsə, qoy səni axtarsınlar. Axtarıb özləri sənə qulaq assınlar. Harda gəldi gedib camaatı bezdirmək olmaz. Qıraqdan baxan olsa, deyəcək ki, özündən razıdır. Xeyr, qətiyyən bu, deyil. Mənim mütəmadi olaraq görüşdüyüm dostlarım da var. Sadəcə ifaçını necə görməliyəmsə, onu deyirəm. Mən belə görürəm”.

Rəvanın “Vizit kartı” olan “Tək səninəm” mahnısı, ona məşhurluq gətirsə də, sən demə, müğənni, bu ifanı səsləndirmək istəmirmiş.

Rəvan Qarayev: “ Mənə görə vizit kartım “ Tək səninəm”dir. Kimlər bilir nələr çəkdim, ömrüm boyu səni sevdim. İnanırsınız mən bu mahnını heç oxumaq istəmirdim. Albom buraxmaq istəyirdik. Bütün mahnıları oxuduq. O mahnı sona qalmışdı.  Çox götür-qoy edəndən sonra oxuduq.  Heç bir mahnı sevilmədi, sonda 4 dəqiqəlik bu mahnı məşhurlaşdı. Həmişə belə olur. “Bu gecə” mahnısında özümü görmürdüm, stilim deyildi. Ümumiyyətlə, mən səs tələb edən mahnıları sevirəm.  İfalarıma diqqət etsəz, görərsiniz ki, hamısı səs tələb edən ifalardır. Diapazon tələb etmədiyinə görə, bu mahnıda özümü görmürdüm. Bu da çox sevildi. Deməli, bunları da oxumaq olarmış”.

Boşanma məsələsi ortaya çıxandan sonra gündəmin düz mərkəzində əyləşən müğənni, bu haqda hansı fikirləri söylədi, indi biləcəksiz?

Rəvan Qarayev: “ Artıq hər şey bitib. Bu barədə bütün kanallarımızda kifayət qədər danışılıb. Bu mövzunu mən bağlamaq istəyirəm. Əslində özlüyümdə çoxdan bağlamışam. Amma müəyyən insanlar var ki, bağlamaq istəmirlər. Artıq hər şey bitib. Bu mövzuya qayıtmağın yeri yoxdur. Boşanmamışdan əvvəl mən heç bilmirdim ki, bu qədər cammat üçün maraqlıyam . Bu reklam mənə lazım deyildi”.

Üçüncü dəfə ailə qurmaq niyyətinin qətiyyən olmadığını etiraf edən Rəvan Qarayev, bundan sonra həyatını övladlarına həsr edəcəyini söylədi.

Rəvan Qarayev : “Bundan sonra balalarım üçün yaşayacam.Tək yaşayıram. Üçüncü dəfə ailə qurmaq fikrim yoxdur. Qızlarım böyüyür, mənə evlənmək yaraşmaz . Yaşlananda istəmirəm ki, pis örnək olum. Bizdə yaşlanacağıq, mənim səksən yaşıma kimi oxumaq fikrim yoxdur. Bilirsiniz, mənim iki qızım var. İstəyirəm fikrimi sırf onlara yönəldim. Onları böyüdüm, oxudum. Ailəyə gəlincə, daha bəsdir. Mənim yaşımdakı bəzi gənclər heç evlənməyiblər, amma mən artıq iki dəfə evli olmuşam”.

Biz də sonda müğənniyə övladları ilə bərabər xoşbəxt bir həyat arzulayırıq, sənət uğurların isə hər zaman bol olsun.

Qeyd edək ki, "ARB Ulduz"  kanalını  Azərspace 1 peykində 11024 tezliyində,  polyarizasiya: (V), FEC 5:6,  symbol rate: 12698 izləyə bilərsiniz.