“Çəkilin kənarda oturun, işə xələl gətirməyin...” – Elçin Hüseynov

17 2018 12:42

Dostunu yaxın, düşmənini ondan da yaxın tutmağı sevən müğənni Elçin Hüseynov, sakit danışsa da, onun sakit nitqinin arxasında bir sıra məqamlar gizlənir. Hazırki şou-biznes mənzərəsinə baxıb, əksiklikləri dilə gətirən ifaçı, olub-bitən hər şeyi tap reallığı ilə təsvir etməyə çalışdı.

Elçin Hüseynov, yağışdan sonra peyda olan saysız-hesabsız göbələklər kimi artan bəzi müğənnilərin sayəsində artıq şou-biznesdəki mənzərənin başqa cür olduğunu dilə gətirdi.

Elçin Hüseynov: “Əvvəllər həm müğənnilər, həm musiqilər az idi. Ona görə də ildə bir albom hazırlayırdıq. İldə 2-3 klip hazırlayırdıq. Mahnılar çoxdur deyə, tamaşaçı çox mahnı dinləyir deyə, ona görə ifa etdiyin musiqilərin tanıtımını da yaxşı etməlisən. Eyni anda da 3-4 mahnının tanıtımını etmək çətindir”.

Mahnı hazırlamaq üçün qiymətlərin od tutub dil yandırdığını söyləyən müğənni, indi keyfiyyətli mahnının çox pul apardığına diqqət çəkdi.

Elçin Hüseynov: “Qabaq adi bir sintezatorla mahnını aranjıman etmək olurdu. Bunu tamaşaçı da qəbul edirdi. Ancaq indi həmin formada olan aranjimanı nə tamaşaçı, nə də biz qəbul edirik. O vaxt bir mahnıya 300 manat xərc çıxırdısa, indi 3-5 min arası pul çıxır. Sonra bəstəkara verilən qonorar var”.

“Sevgi sevən” adlı yeni mahnısını isti-isti fanatlarına təqdim edən Elçinin yeni ifası, deyəsən, onun yaman ürəyincə olub.

Elçin Hüseynov: “Bu yaxınlarda yeni bir mahnı ifa etdim. Burdan orkestrimin rəhbəri Seymur Kərimova təşəkkür edirəm. O mahnını mənə hədiyyə etdi. Layihə rəhbəri isə Anar Mədətovdur. Mahnının musiqisi Fərid Kərimiyə, sözləri isə Orxan qardaşımıza aiddir. Səs rejisoru isə Cavid qardaşımızdır. Mahnı “Sevgi sevən” adlanır”.

“Mahnı təqdim olundu və elə həmin gün də çox xoşuma gəldi”.

Güzəranını toydan gələn maddiyyatla quran müğənnilər kimi, Elçin Hüseynov da hazırda mahnı və albomlardan qazanc əldə etmədiyini söylədi.

Elçin Hüseynov: “Arada deyirlər ki, efirə dəvət olunanda, toy mahnılarını efirdə oxumaq olmaz. Cavab verirəm ki, bu, düzgün fikir deyil. Bizim gəlir yerimiz toydandırsa, efirə dəvət olunanda 3 mahnıdan 1-i toyda oxunan mahnı olmalıdır”.

“Əgər bu gün mənim albomdan, klipdən, konsertdən gəlirim olsa, mən toya getməsəm, efirdə toy mahnısı oxumaram”.

Verəcəkləri konsertlər haqda danışan müğənni, indi konsert sevdasına düşüb, keyfiyyətsiz iş görən adamların çoxluğundan şikayətləndi.

Elçin Hüseynov: “Bu yaxınlarda Türkiyədə, Almaniyada, Naxçıvanda, Lənkəranda konsertlərimiz var. Bunlar böyük layihələrdir”.

 “İndi hər kəs can atıb deyir ki, biz də konset vermək istəyirik. Biri deyir İranda konsert proqramı ilə çıxış edəcəyik, biri fars dilində mahnı oxuyur. Bizim etdiyimiz səviyyədə konsert hazırlaya bilirsizsə, edin. Bilmirsizsə, çəkilin kənarda oturun. Gördüyümüz işə xələl gətirməyin”.

Biz də sonda sənətçiyə yaradıcılıq uğurlarının hər zaman bol olmasını arzu edirik.

Qeyd edək ki, "ARB Ulduz"  kanalını  Azərspace 1 peykində 11024 tezliyində,  polyarizasiya: (V), FEC 5:6,  symbol rate: 12698 izləyə bilərsiniz.