“Mən heç kimin klipinə baxmıram...” – Asif Məhərrəmov

17 2018 15:06

Asif Məhərrəmovun saqqal saxlamağa başlaması sosial şəbəkələrdə də bir ara müzakirə mövzusuna çevrildi. Lakin müğənni insanların min fikrə düşməməsi üçün səbəbi açıqladı.

Asif Məhərrəmov: “Hamı edir deyə məndə edim, belə bir təkrarçılığı sevmirəm.  Məni tanıyanlar xasiyyətimə bələddirlər. Ancaq saqqal saxlayanlar yaxşı bilirlər ki, iki gündən bir təraş etməklə olmur. Onun dərdindən saxlayıram, başqa heç bir mənası yoxdur. Etiraf edim ki, tənbəl adamam. Ona görə saqqal saxlayıram”

Yeni mahnısının icazəsi üçün “Gecə-gecə” ifasını pasport olaraq göndərən müğənni, əvvəl puldan dən vuranların heç nəsiz razılığını ala bilib.

Asif Məhərrəmov: “Bu mahnını eşitdim, Rübail göndərdi ki,  belə bir mahnı var. Mən də həmin mahnının ifaçısını tapa bilmədim. Aranjimançısını tapdım. Yazdım ki, bu mahnını ifa etmək istəyirəm. Mənə dedilər ki, iki min dollar ödəniş edib adımızı vurğuladığın zaman oxuya bilərsən. Onlar elə bildilər ki, mən mahnının minusunu da onlardan istəyirəm. Yazdım ki, bu mahnını yenidən özüm aranjeiman etdirəcəm. Sadəcə bu mahnını oxumaq istəyirəm. Dedi ki, yox, elə alınmayacaq. Mən də “Gecə-gecə” mahnısını onlara göndərdim ki, bəs mən bu mahnını oxuyan adamam. İnanırsınız, o dəqiqə dedi ki, oxuyun”.

“Gecə-gecə” mahnısının səs-sorağı sərhədləri aşdıqdan sonra, müğənni hətta ifanın onun sayəsində daha da məşhurlaşdığını dilə gətirdi.

Asif Məhərrəmov :  “Mən “Gecə-gecə mahnısını oxuyanda bilirsiniz, mənə nə qədər fars yazdı. Hətta dua edənlər də var idi . Çünki Murteza Paşayi onların sevimli sənətçisi olub və mən də həmin müğənninin mahnısını normal şəkildə təqdim elədim. Ondan daha çox məşhur etdim və onlar bunun qarşılığında mənə təşəkkür etdilər. Burda pis bir şey yoxdur. Birdənə özümüzünkülər məni qınadılar. Amma onlar mənə dua edirdilər.Təşəkkür yazırdılar”.

Tanınan ilk ifasından sonra “Gəl gör” mahnısı yenidən müğənninin fanatlarını sirkələməyə başladı ki, Asifin özü də, ətrafındakıların eyni fikirdə olduğunu etiraf etdi.

Asif Məhərrəmov: “ Məni yaxından tanıyan insanlar da deyir ki, hə bu başqa məsələ. Hətta deyirlər ki, bu ifa digərlərindən qat-qat artıqdır. Zövqlər müxtəlifdir. Elə insanlar var ki, “Gecə-gecə”ni digərlərindən daha üstün tuturlar. Ancaq mənim özümə də elə gəlir ki, bu daha gözəl alınıb. Mahnının aranjimançısı da Rübail Əzimovdur“.

Heç kimin klipini izləmədiyini söyləyən müğənninin yalnız bir fikri var, fotosessiya etdirmək, klip çəkdirmək onluq deyil.

Asif Məhərrəmov : “Klip çəkdirməyə meyilli deyiləm. Fotosessiyanı da çox xoşlamıram. Mənim üçün mahnı yazdırıb, oxumaq maraqlıldır. Mahnının aranjimanına min manat vermişəm. O min manatı verən adam, iki min də, üç min də verər. Sadəcə klip işi mənə maraqlı deyil. Mən heç kimin klipinə baxmıram ki, görüm, bu, necə alınıb. Sadəcə mahnıya qulaq asıram”.

Həmkarlarının belə klip ərsəyə gətirməsini mənasız hesab edən Asif Məhərrəmov, onların kliplərindən daha çox ifalarının danışıldığını söylədi.

Asif Məhərrəmov : “Klip çəkdirənlər çoxdur. Nə maraqla, nə fikirlə çəkdirirlər bilmirəm. Son günlər nə qədər klip çəkilib. Amma heç biri haqda qulağıma səs-soraq gəlməyib ki, kimsə desin ki, filankəs dəhşət klip çəkdirib. Elə söhbət olmayıb. Amma hamı mahnının özündən danışır”.

Belə, biz də sonda müğənniyə yaradıcılıq uğurları arzu edirik.

Qeyd edək ki, "ARB Ulduz"  kanalını  Azərspace 1 peykində 11024 tezliyində,  polyarizasiya: (V), FEC 5:6,  symbol rate: 12698 izləyə bilərsiniz.