“Mümkün deyil ki, Azərbaycanda 5 milyon zövqsüz olsun...” – Zaur

18 2018 12:09

Bəzən özünü tanımadığını etiraf edən Əməkdar artist Zaur Əmiraslanov, hər zaman təəccüb reaksiyaları ilə qarşılaşsa da, etdiklərində qəbahət heç nə görmür.

Zaur Əmiraslanov: “Bəzən hərəkətlərim təəccüb doğurur. Məsələn, mən səkinin kənarında oturub dönər yeyə bilərəm. Qardaşım həmişə deyir ki, bu, sənə yaraşmır, düzgün deyil. Mənim təbiətim budur ki, tıxacda velosiped sürə bilərəm, orda məni görə bilərlər. Hətta avtomobilin şüşəsini aşağı eləyib mənə deyirdilər ki, sən də düşdün? Sizə nə oldu? Siz niyə velosiped sürürsüz? Başa sala bilmirəm ki, bunun düşməklə, qalxmaqla heç bir əlaqəsi yoxdur”.

Bakı küçələrində daha çox velosipedlə görüntülənən müğənni, yalanla yol yoldaşı olmaqdansa, elə bu cür yaşamağı üstün tutur, deyəsən.

Zaur Əmiraslanov: “Sovet istehsalı olan avtomobil də sürmüşəm, avtomobilsiz olan vaxtlarım da olub ki, işə velosipedlə getmişəm. Düşünürəm ki, hər kəs öz həyatını yaşayır. Zəif anlarım da olub. Yalandan həmişə özümüzü güclü göstərə bilmərik. Bu, kimə lazımdır?

Həmkarlarının bir-birinə bənzəyən mahnı seriyasından danışan Zaur Əmiraslanov, oların artıq tamaşaçını bezdirdiyini dilə gətirdi.

Zaur Əmiraslanov: “Sənət adamı üçün ən böyük qorxu odur ki, onun potensialı yoxdur. O artıq bezdirmək təhlükəsinə yaxınlaşır. Eyni səs tonu, eyni mahnılar. Mahnıları da bilirsiz necədir? 10-cu mahnısı ikinci mahnısına bənzəyir. İkinci unudulub axı”.

“Əvvəllər hərtərəfli müğənni anlayışı var idi. İndi unudulub. İndiki müğənnilər oxuduqlarını düzgün oxumurlar. O ki qaldı hərtərəfli olsunlar. Qarışıqlığa gəlib çıxmışıq”.

Efirdə toy mahnılarının ayağından girib başından çıxan bəzi müğənnilərdən fərqli olaraq, Zaur bu tip ifalar səsləndirməyəcəyini açıqladı.

Zaur Əmiraslanov: “Zaur Əmiraslanov efirdə toy mahnıları oxumamalıdır. El şənliyində olar, ancaq efirdə qətiyyən yox. Çünki mənim millətim zövqlüdür. İnsanların zövqünə müvəqqəti virus düşübsə, təmizlənəcək, müalicə etməyə nə var ki”.

“Yutub”da baxış sayı çox olan bayağı mahnılar var. Bu yaxınlarda məlum olur ki, həmiş baxışlar yalan imiş. Mümkün deyil ki, Azərbaycanda 5 milyon zövqsüz olsun”.  

Bu dəfə “Dünya köhnə dünyadır” deyib yeni mahnı yazdıran sənətçi, “Şou məkan” üçün həmin ifadan bir hissə də səsləndirdi.

Zaur Əmiraslanov: “Eldar Mansurov və Vahid Əzizovun əsərini oxumaq arzum idi. Mahnıya çox müdaxilə etmədik. Flora xanım onsuz ona mükəmməl şəkildə ifa edib. Flora xanımla əlaqə yarada bilməmişəm. Ancaq Eldar Mansurovdan izin almışam. İstəyirəm ki, Flora Kərimovaya sürpriz olsun”.

Biz də sonda Zaura yaradıcılıq yolunda uğurlarının hər zaman bol olmasını arzu edirik.

Qeyd edək ki, "ARB Ulduz"  kanalını  Azərspace 1 peykində 11024 tezliyində,  polyarizasiya: (V), FEC 5:6,  symbol rate: 12698 izləyə bilərsiniz.