“Gedim özümü asım?” – Roza Zərgərli əsəbiləşdi

23 2018 12:35

Roza Zərgərlinin doğum günündə Əlikram Bayramov tərəfindən hədiyyə edilən bəstə, müğənniyə o qədər təsir edib ki, hətta ifaçı mahnıya videorolik də hazırlatdırıb. 

Roza Zərgərli: “Əlikram Bayramovun “Qırmızı güllər” mahnısı var. Şakir aranjıman eləyib. Gitarada İntizardır. Mahnı üzərində yaradıcı bir qrup işləyib. Əlikram mahnını mənim doğum günümə yazıb hədiyyə etdi. Mahnı çox uğurludur. Bütün bölgələrdə də səslənir. İfa səslənən kimi heç kim yerində dayanmır. Ümumiyyətlə, mənim tərzim olmayan bir mahnı idi, ancaq maraqlı alındı. Bir neçə gündən sonra ifanın klipini də görəcəksiz”.

Ortada heç nə olmadığı halda Roza ilə Faytonçu Nazimin qısa görüntülərindən mincür fikir hörüb yayanlara isə, müğənninin növbəti cavabı oldu.

Roza Zərgərli: “Milli geyimdə nə ola bilər ki? İkincisi Nazim məndən bir neçə yaş böyükdür, böyük qardaşımdır. Nazimi mən neçə illərdir tanıyıram. Ailəvi dostuq. Nazim boğazdan yuxarı sənət yoldaşı deyil”.

“Ayıbdır ey. Rəy yazanlar da adi insanlar deyil. Öz ətrafımızdakı, şou-biznesdə paxıllıq, qurdluluq çəkən tərəf müqabillərimizdir. Mən bilmədiyim sözü heç vaxt danışmaram. Gözümlə görməmişəmsə, üstəlik gördüyümü həmin adam etiraf etməyibsıə, onu danışmıram”.

Əllərinə çəkic alıb hər yeri mismar olaraq görənlər, bir nəfərin üstünə düşdümü, onu dönüb-dolaşıb müzakirə etməyə başlayırlar. Əməliyyat olunmasını gərəksiz yerə şişirdənlərə isə Roza ismarışını yolladı.

Roza Zərgərli: “175 sm boyumdur, 69 kq çəkimdir. Allah məni bu cür yaradıb. Mən indi nə etməliyəm? Gedim özümü asım? Camaatın burnu qarmaqvaridir, müğənnilərin 90 faizi gedib burunlarını kəsdirib fındıqburun edirlər. Heç bir estetik əməliyyat etdirməmişəm. Ayağımla bağlı problemimə görə, yeriyə bilmədiyimə görə əməliyyat olundum. Ayağımdan və digər bölgələrdən piy götürüldü. Mənim vücudum ömür boyu bu formada olub”.

“Efirdə dikdaban ayaqqabıda oluram, estetik cəhətdən yaxşı görünməliyəm. Amma kadrdan çıxan kimi “zarımağa” başlayıram. O biri müğənnilər kimi kadrda olarkən ağlaya bilmirəm ki, mən ağır xəstəyəm, ölümcüləm. Bunu bacarmıram”.

Toyları əvvəldən sona kimi idarə etməyə başlayandan çoxlarının gözünə çöp saldığını deyən müğənni, danışdı nə danışdı.

Roza Zərgərli: “İndi toylara gedib məclisi başdan-ayağa idarə edirəm. Estrada müğənnilərinin içərisində barmaqla sayılası ifaçılar var ki, toyu əvvəldən sona kimi idarə edir. Qalan hamısı yarım saatlıq gedir. Ucuz qiymətə toya gedirəm. Yalandan fantastik bir qiymət deyib, kimisə aldatmağa gərək yoxdur. Onsuz da ev sahibi sənə həmin məbləği vermir”.

“Əvvəl 78 kq idim. Heç kimin başına daş düşümürdü. İndi 69 kq olmuşam ağırlaşmışam”.

İfaçının toylara getməyə başlaması sən demə özü ilə bərabər bir sıra söz-söhbətlərin və dedi-qoduların da ortaya çıxmasına səbəb olubmuş.

Roza Zərgərli: “Mən əgər bir məclisi əvvəldən-sona kimi gözəl idarə edə bilirəmsə, tamaşaçı bunu istəyirsə, nə edə bilərəm? Elə bilirlər ki, özümü reklam edirəm. Elə bilirlər ki, milyonlarım var. Çıkkılı-pıkkılı müğənnilər çıxır ey, özlərini reklam etməyə, bax bəziləri mənə o cür baxır. Sənətim var. 18 illik səhnə təcrübəm var”.

“Mən ayın 30 günü səhnədə deyiləm. Qorxmasınlar. Ayda 4-5 məclisim olur, bu qədər”.

Biz də sonda Roza Zərgərliyə yaradıcılığının hər zaman bol bərəli olmasını arzu edirik.

Qeyd edək ki, "ARB Ulduz"  kanalını  Azərspace 1 peykində 11024 tezliyində,  polyarizasiya: (V), FEC 5:6,  symbol rate: 12698 izləyə bilərsiniz.