“ Elə bilirlər reperlər pis işlərlə məşğul olurlar“ - Reper Qurd açıqlama verdi

26 2018 11:48

Yeni klipinin təqdimat mərasiminə tamam fərqli saç stilində qatılan reper Qurd, hələlik bu cür görünmək istədiyini və mütəmadi olaraq imicində dəyişiklik edəcəyini diqqətə çatdırdı.

Reper Qurd :Hər il konsertqabağı üzdə, saçda? geyimdə müxtəlif dəyişikliklər edirik. Bunun səbəbi isə yeni layihə edəndə yeni də stil olması ilə bağlıdır. Buna görə də öz ustalarıma təşəkkür edirəm.”

Bir sıra klipləri olsa da, nədənsə indiyə kimi heç bir mahnısını, heç bir klipini jurnalistləri bir məkana yığıb təqdimat keçirməyən reper, bu dəfə tilsimi sındırdı.  

Reper Qurd :Təqdimat olaraq ilk dəfə çıxıram. İstədim ki, mən də təqdimat edim. Göstərim ki, reper olmağıma baxmayaraq, səviyəlli şəkildə təqdimat edə bilərəm. Klipdən öncə onu deyim ki, mahnının bəstəsi və aranjimanı mənə məxsusdur. Sözləri də özümümdür. Klipi doktor Nicat çəkib. Mən onun işini bəyəndiyim üçün müraciət elədim”.

“Sözsüz ki, hovuz kənarında kiməsə palto geyindirib otuzdurum ki , mentalitet yol vermir. Bu, mümkün deyil. Hamımız dənizə, hovuza gedirik . Nə ilə çimirik ? Çimərlikdə şalvarla çimmirik ki ? Bu klipə də bu yaraşır. Siz də baxandan sonra deyərsiniz ki, yaraşır, yoxsa yox? “

Repin formasını dəyişdiyini və onu yeni mərtəbəyə qaldırdığını söyləyən Qurd, reperlərlə bağlı bəzilərinin beynində yaranmış fikirlərin düzgün olmadığını vurğuladı.

Reper Qurd :Mən repi bir formadan başqa formaya keçirərək , şou proqramlar və 25 yaşdan yuxarı insanlar üçün yazdım ki, hamı qulaq asıb bilsin ki, rep nədir? Əvvəllər elə bilirdilər ki , reperlər pis işlərlər məşğuldurlar , “banditdirlər”. Yox, əslində reperlərin əksəriyyəti çox gözəl ailələrdən olublar, gözəl tərbiyə alıblar, ali təhsillidirlər, intelekktual səviyyələri var. Camaatda  fikir yarandı ki, rep də musiqi növüdür. Uşaqlar da bir iş görürlər. Bunların da sevəni var“.

Təqdimatlar etməsə də, konsertlərinə minlərlə insanı toplaya bilən reper, öz imici və söz oyunları ilə sevənlərini ovsunlamağı hər zaman bacardığını dilə gətirdi.

Reper Qurd :  “Yüz minlərə insanı öz işinlə, özünü aparmağınla, tərbiyənlə, danışığınla cəlb etməyə başlayırsan və onlarda məhəbbət yaranır. Keçən il mənim üçün göstəriciydi. Konsertimdə səkkiz min adam iştirak etdi. Mən özüm şokdaydım ki, bu, həqiqətənmi belədir? Doğrudan, super keçmişdi. Bu il də böyük konsertlərim olacaq“.

Fərid, Qurd Qurd deyirik, niyə bu ləqəbi götürmüsən, yəqin ki, özünü beyinlərə birdəfəlik həkk etmək istəyibsən?

Reper Qurd : “Ləqəbin məqsədi ondandır ki , Qurd deyiləndə artıq bilinir ki , kimdi. Beş il öncə məni təqdim edəndə Qurd deyə, hamı qəribə baxırdı ki, bu kimdir? Amma indi Qurd deyiləndə hamı alqışlayır. Yəni adı təsdiqlədim“.

Biz də sonda reper Qurda tez-tez klip təqdimatları etməsini arzulayırıq.

Qeyd edək ki, "ARB Ulduz"  kanalını  Azərspace 1 peykində 11024 tezliyində,  polyarizasiya: (V), FEC 5:6,  symbol rate: 12698 izləyə bilərsiniz.