“ Nə istəyirsiniz o 7 yaşlı uşaqdan “Günay İbrahimlidən sərt cavab

02 2018 12:19

İfaçının özünün dediyi ki, deyəsən, peşmanlıq hiss keçirən insanların sayı çox olduğuna görə Günay İbrahimlinin yeni klipi dinləyicilərin çoxdandır gözlədikləri bir layihə oldu. Günay da bunun üçün az zəhmət çəkmədi. Ən azından uzun müddət su maşınının süni yağışı altında dayanmaq da sənətin qurban tələb etdiyinin əyani sübutudur.

 “Peşmanam” adlı klipi ilə yenidən haqqında müzakirələrə səbəb olan və diqqətləri öz işlərinə yönəldən müğənni Günay İbrahimli, görəsən, nədən peşmandır?

Günay İbrahimli :  “ Peşmançılıq deyəndə çox admın ağlına sevgi gəlir. Amma mən belə düşünmürəm. İnsan həyatda nələrdənsə peşman ola bilər. Arzu edirəm ki , heç kim peşmançılıq olmasın.Peşman olub sonra dərs götürürsən. “

Yeni klipinin qısa zamanda işıq üzü görməsinə baxmayaraq, Günayın söylədiklərindən belə məlum olur ki, fanatları bu mahnı və klipi dörd gözlə gözləyirmiş.

Günay İbrahimli : “ Musiqisi Elvin Abdullayevindi.Sözləri Günelindi , aranjemanı Rəşad Bağırovundur.Klipidə Fərhad Əli çəkib.Bilirisiniz bu klipə görə mənə nə qədər mesajlar gəlir. İstər direktə , yada əlaqə telefonuma. Hamı bəyənir. Çox sevinirəm buna görə. Deyəsən çox adam peşmançılıq çəkib ona görə sevilib. Mən arda arda ritmik mahnılar ifa elədim.Repertuarında lirika çox idi. Buda ondan irəli gəlir ki , mənim ən sevdiyim janr lirikadır. Artıq 2 ildən çoxdur ki , belə mahnı oxumurdum.Dedim artıq vaxtdır.

Klip işıq üzü görməmişdən öncə Günayın su maşınından püskürdülən suyun altında necə çətin anlar yaşadığı aydın görünürdü. Bu məqam isə sözsüz ki, müğənninin xəstələnməsi ilə nəticələnib.

Günay İbrahimli : “Klip çəkilişləri ərəfəsində xəstə idim. İnanırsınız o suların altında  mən sağaldım.Çətin anlar yaşadım.Amma sonda aldığımız nəticəyə dəyər.Əziyyət çəkməliyikki , bəhrəsini görək. ”

Müğənni bir neçə gün öncə sosial şəbəkələrdə yayılan uşaqlıq videosundan da danışdı. 7 yaşlı Günayın məclisdə mahnı ifa etməsi də bəzilərinin qarınağrısına səbəb olub.

Günay İbrahimli : “ Sadəcə olaraq başa düşə bilmirəm ki , orda uşağın 7 yaşı var. Yeddi yaşlı uşaqdan nə istəyirsiniz? Onsuzda xoşlayırlar baltalasınlar, danışsınlar.Ailəsində problemi olanlar , boş bekar insanlar işi gücü yoxdu sohifələrdə gəzirlər. Üzə gələndə elə qəşəng elə  danışıb gülürlər ki...  Mənə çox maraqlıdır o danışan adamların özləri 7 yaşında necə olublar. Özlərindən xəbəri yoxdu. Gedin güzgüyə baxında. “

Bəziləri “mən uşaqlıqdan sənətdəyəm”, deyib qürrələnsə də, hər halda həmin anları peşəkar səhnə hesab etmək olmaz. Elə Günay İbrahimli də bu fikirdədir.

Günay İbrahimli : “ Əslində o vaxtdan oxuyurdum.Amma sırf peşəkar səhnədə 12 ildir işləyirəm. O deyirlər ey mən uşaqlıqdan oxuyuram.Mən 5 yaşımdan marağım olub evdə qonaqlıqda oxumuşam. Heç o vaxtı  fikirləşmirdim ki gəlib , müğənni olaram.

Günay İbrahimlinin sevənləri, müğənninin yeniliklərini qaçırmamaq üçün gözdə-qulaqda olsunlar.

Günay İbrahimli : “ İki dənə gözəl mahnı gəlir . Birinin adı  Kabus  adlanır. O birinə hələ ad qoymamışıq. O da sürpriz olsun. Şou məkana tezliklə bildirəcəm..”

Biz də sonda ifaçıya yaradıclıq uğurlarının davamlı və bol bəhrəli olmasını azru edirik.