“Hazırda istədiyimi tapmamışam...“ - Sevda Yahyayeva

03 2018 13:22

Müğənni Sevda Yahyayeva az iş görüb, saz iş görənlərdəndir. İki gündən bir necə gəldi mahnı çıxarıb elə iki gün sonra da ifasını kor-peşman dəfn edənlərdən deyil. Müğənninin yeni saç stili də gözümüzdən yayınmadı. Sevda eyni zamanda bəstəkarların çox olmasına baxmayaraq, yaxşı mahnıların azlığından da şikayətləndi.

 “Dəyişmək saçlardan başlayır” misalı, deyəsən, saçlarında tez-tez stil dəyişikliyi edən müğənni Sevda Yahyayeva üçün düşünülüb. İfaçı bu dəfə tamam başqa bir imicdə kameramız önünə keçdi.

Sevda Yəhyayeva :  “Uzun müddətdir ki, uzun saçlı qız idim. Qısa müddətdir saçım bu cürdür. Anar Ağakişiyev mənim üçüm maraqlı saç düzümü fikirləşib. Ona görə biraz qaralmalıyam. Hər gün soruşur ki, qaralırsan? Deyirəm, hələ yox. Bunu məni görən dostlarım da deyirlər ki, bu saç sənə yaraşır. Belə qısa saçda özümü rahat hiss edirəm. İndi hələ bundayam, sonra nə olacaq bilmirəm. “

Musiqi seçimində kifayət qədər diqqətli olduğunu söyləyən müğənni, ona ifalar təqdim olunsa da, deyəsən, hələ ki, aralarında ürəyinə yağ kimi yayılanı olmayıb.  

Sevda Yəhyayeva :  “Oxuduğum mahnılarda söz musiqi vəhdət təşkil eləməlidir. Söz yığını olan mahnı oxumuram. Çalışıram ki, mahnıların sözlərində məna olsun , mövzu olsun. Nəinki öz mahnımda. Gözəl sözü, musiqisi olan mahnıya qulaq asanda zövq alıram . Mahnılar var, yazılır. Əvvəllər mahnı seçmək daha asan idi. İndi çətinləşib. Bilmirəm nədəndir. Amma inanıram ki , yaxşı olar. Hər kəsin öz zövqü var. Hər kəs öz zövqünə uyğun mahnıya qulaq asır. Deyərdim ki, indi müğənniyə mahnı seçmək daha çətindir, nəinki tamaşaçıya. Şəxsən mənim üçün mahnı tapmaq, seçmək çox çətindir.”

Özü bəyənmədiyi mahnını tamaşaçısına da dinləməyi rəva bilməyən Sevda Yahyayeva, yaxşı bəstəkarlar olsa da, yaxşı mahnıların azlığından şikayətləndi.

Sevda Yəhyayeva : “Müxtəlif mövzularda mahnılar olub. Mən bəyənmədiyim mahnını heç vaxt ifa etmərəm. Əgər məclisə dəvət edənlər sənin səsini, ifanı bəyənirsə, dəvət edəcək.  Əgər səsini bəyənməsə, 6- 8 toy mahnısı  oxusan da, səni dəvət etməyəcək. Ona görə də, tamaşaçıya yaxşı mahnı təqdim etmək lazımdır. Gözəl bəstəkarlarımız  var. Çox sevdiklərim də var, amma hələ yanlarına gedib çıxmamışam. Yaxşı mahnı axtarıram. Nə olar, yaxşı mahnı yazıb göndərin mənə, çünki, həqiqətən, yaxşı mahnı axtarıram”.

Toy mahnısı oxuyub məclis qazanmağın yolunu bəzi həmkarlarından fərqli olaraq, yaxşı ifalar səsləndirməkdə görən müğənni, Ceyhun Qala ilə olan “Bal dadır” duetinə də toxundu.

Sevda Yəhyayeva : Çox şükür ki, oxuduğum mahnıların bəhrəsini görmüşəm.Toy mahnısı oxumasam da, toylara, məclislərə dəvət edilirəm. Ceyhun Qala ilə olan “Bal dadır” duetimiz 2017 ci ilin ən çox sevilən dueti oldu. Toylarda, tədbirlərdə onu bizdən istəyirlər. Elə olub ki, getdiyimiz tədbirdə onu ayrı ayrı oxumuşuq”.

Hələlik planda heç bir duet olmasa da, Sevdanın sadalamasından belə məlum olur ki, ifaçının kifayət qədər duet ortaqları olub.

Sevda Yəhyayeva : “Duet elə bir şeydir ki, onu əvvəlcədən planlaşdırmaq olmur. Bunun üçün mahnı, tərəfmüqabili seçilməlidir. Səs tembri uyğunlaşmalıdır. O zaman duet yaranır. Yaradıcı məsələlər gözlənilmədən olur. Zamiq Hüseynov və Röyayla duetim var. Rəhim Rəhimli , Ramal,  Elçin Cəfərov, Elton Hüseynəliyev, Ceyhun Qala, bir sözlə, hamıyla duet oxumuşam“.

Sevda, son olaraq bir məsələyə də aydınlıq gətirək, necə olur ki, illər keçməsinə baxmayaraq, formunu qoruyub saxlayırsan?

Sevda Yəhyayeva :   “Yaxşı görünmək üçün onun arxasında böyük əziyyət durur. İdmana getmək, sağlamlığını qorumaq, yeməyinə diqqət etmək, yəni bu işin əziyyətli tərəfləri çoxdur. Çox şeyin dadına baxa bilmirsən. Mənim üçün “olar olmazlar” var. Olmazlar olarlardan çoxdur”.

Biz də sonra ifaçıya yaradıcılıq uğurları arzu ediririk, hər zaman belə gözəl qalasan, ay Sevda.

Qeyd edək ki, "ARB Ulduz"  kanalını  Azərspace 1 peykində 11024 tezliyində,  polyarizasiya: (V), FEC 5:6,  symbol rate: 12698 izləyə bilərsiniz.