“Müğənnilər yaxşı mahnıya pul xərcləmək istəmirlər...” - Ceyhun Qala sərt danışdı

04 2018 15:01

Baxımlı olmaqdan başlayıb tamaşaçının nəyi sevib-sevməməsi ilə davam edən müğənni Ceyhun Qala, hər şeyin normasında olduğu zaman izləyiciyə maraqlı gəldiyini diqqətə çatdırdı.

Ceyhun Qala:Baxımlı olmaq çox yaxşı şeydir. Amma aşırı dərəcədə olmaq yox. Bunu da götürüb mövzuya çevirmək yersizdir. Tamaşaçının da xoşu gəlmir. Tamaşaçıya müğənnin yeni mahnısı, permormansı ,klipləri maraqlıdır. Yaxşı geyimi , ağılı, tərbiyəsi bunlar lazımdır. Kim nə edir, özü bilər. Bu sənətkara da, gənc ifaçıya aiddir. Çünki sonda insanın üzləşdiyi çətinliklərlə özü qalır. Amma hamı ona nə yaraşıb yaraşmadığını dəqiq bilir”.

Xaricdə olarkən gözdən, könüldən uzaq heç bir kompleks yaşamadığını söyləyən müğənni, Bakıdaykən şəhərdə rahat gəzə bilmədiyini etiraf etdi.

Ceyhun Qala :Xarici ölkələrə gedəndə şəhərin mərkəzi küçələrində mən rahat gəzə bilirəm. Orda rahat gəzmək məndə kompleks yaratmır.  Nəyə görə? Çünki tanış yoxdu. Bakıda Nizami küçəsində gəzəndə tanış olur, sənətimə hörmət edən sıravi vətəndaş olur , çoxu da bilir, tanıyır ki, müğənniyəm, amma üz vurmur, yanımdan düz keçir. Ətrafda mənfi, müsbət enerjili insanlar var və onlar həmin enerjilərini mənə ötürürlər. Ona görə rahat ola bilmirəm”.

Ceyhunun bir neçə gün öncə işıq üzü görən “Sənə görə” mahnısı da qısa zamanda artıq öz çəkisini sevənlərinə göstərməyə başlayıb.

Ceyhun Qala :Son günlərin yeni mahnısını ifa etmişəm. Söz və musiqisi mənə aiddir. Mən bəstələmişəm. Aranjiman Ramin Vəlibəyov,  Mixmaster İsmayıl Əsədovundur. Mahnı çıxan gündən insanların təəssüratı , dostlarımın zəngi mənə deyir ki, bu  mahnı yaxşı mahnıdır. İnşallah ola bilsin ki, “Sənə görə” mahnısı 2018 -ə damğasını vura bilər”.

Müğənnilər ciblərini qıfıllayıb bəstəkara qəpik-quruş verdikləri üçün, yəqin bu gün onlar da yaxşı əsərlər ortaya çıxarmaqda maraqlı deyillər. Hər halda Ceyhun belə fikirləşir.

Ceyhun Qala :  “Yaxşı mahnıya pul xərcləmək lazımdır. Mən hamısına deyirəm ki, yaxşı mahnı üçün pul xərcləmək lazımdır. İnsan öz işinə qiymət verirsə, o, ucuz ola bilməz. Mən “Sənə görə”ni niyə başqa müğənniyə vermədim, satmadım? Mənə deyən oldu ki, bu mahnıya yeddi min verirəm, ver mənə. Bu mahnını dinləyənlər deyir, çox pozitiv enerji alıram. Deyirəm sözümü, imzamı da atıram. Əgər yaxşı mahnı istəyirsinizsə, pul xərcləməlisiniz, maraq yaratmalısınız. Kimsə gitara ilə mahnı yazıb, ağzına gələn sözlə göndərir, onu oxumaq olmaz”.

Həmkarlarına yarı ittiham, yarı tövsiyə ilə yanaşan Ceyhun, ona saysız-hesabsız aşağı səviyyəli mahnılar gəlsə də, qəbul etmədiyini, ancaq bəzilərinin həmin ifaları baş tacı olaraq gördüyünü etiraf etdi. 

Ceyhun Qala :Bir-birindən mahnı götürüb oxumaq olmaz. Müğənninin bəlli repertuarı, tərzi olmalıdır. Bu yaxşı mahnıdır, mən tez bunu oxuyum olmaz. Məsləhət vermirəm heç kimə. Heç məsləhət verən adamlardan da xoşum gəlmir. Mənə kim sual verir, cavablandırıram. Təbii ki, özümə aid olan suala . Repertuarımda sevilən mahnılarım var. Mənə də mahnılar göndərirlər. Pulsuz verirlər, amma mən oxumuram. Niyə oxumuram o mahnıları? Mən onu sizə versəm, siz havayı oxuyacaqsınız“.

Bəzi həmkarları Ceyhunu elə bir vəziyyətə gətiriblər ki, müğənni bu gün ürəyini tam boşaltmasa, dincələ bilməyəcək.

Ceyhun Qala :Mahnımın sözünü, musiqisini özüm yazıram. Aranjimana üç min verirəm. Amma müğənnilər o qiymətə mahnı  almaq, aranjiman etdirmək istəyirlər. Arada özümdə şoka düşürəm ki, bunlar nə istəyirlər?”

Biz də sonda Ceyhun Qalaya yaradıcılıq uğurlarının hər zaman bol olmasını arzu edirik.

Qeyd edək ki, "ARB Ulduz"  kanalını  Azərspace 1 peykində 11024 tezliyində,  polyarizasiya: (V), FEC 5:6,  symbol rate: 12698 izləyə bilərsiniz.