“Qızım deyir, mən heç yerdə görünməməliyəm “ - Fatimədən etiraf

10 2018 15:03

Bəzilərinin heç bir əhəmiyyəti və çəkisi olmayan hay-küyünü elə hey eşitsək də, rəqqasə Fatimə Fətəliyeva onlardan fərqli olaraq, işi ilə səssizliyini hər zaman qoruyub saxlamağa çalışır.

Rəqqasə Fatimə: “Düşünürəm ki, səs-soraq gələndə elə gəlməlidir ki, bu işinlə, təqdimatınla bağlı olsun. Bu dəqiqə insanların özlərinin problemləri var. Efirdə də bizim öz problemlərimizdən danışmağımız, onlara pis auramızı ötürməyimiz düzgün deyil”.

“Bu gün sən əl çörəyi yeyəcəksən.  Buna qane olmalısan . Bu o demək deyil ki, özünü öldürməlisən. Bu, mənim həyat tərzimdir. Mən bunsuz yaşaya bilmərəm. Bu gün mənim işim yoxdur. Mənə depressiya gəlir. Başım ağrıyır, qocalıram, elə bilirəm daxilən 80  yaşım var”.

Kənardan ona qarşı ünvanlanan mənfi fikirlərin hər zaman olduğunu söyləyən rəqqasə, onu tamaşaçı sevgisinin ayaqda saxladığını da dilə gətirdi.

Rəqqasə Fatimə :  “Siz sizsiniz. Ona görə sizə hər zaman paxıllıqda edəcəklər, ayağınızın altını da qazacaqlar. Sizə neqativ sözlər də göndərəcəklər ki , ruhdan düşəsiniz. Mən düşünürəm ki, bu vaxta kimi tamaşaçı sevgisi bizi ayaqda saxlayıbsa, o zaman var olduğum müddətcə yaradacılığımı tamaşaçılara təqdim edəcəm”.

Əvvəllər qızı ilə şəkillərini paylaşan və bunun üçün heç bir maneə görməyən Fatimə, artıq övladının onun şəkil paylaşmasına qadağa qoyduğunu etiraf etdi.

Rəqqasə Fatimə :  “Artıq qızımla şəklimi görə bilməzsiniz. Mümkün deyil. Əslində mən istəyərəm ki, olsun. Allah hamıya qismət eləsin. Gözəl-göyçək qızım var. Ağıllı, kamallı. Gizlətməyə bir qorxum da yoxdur. Sadəcə qızım böyüyüb. Onun öz həyatı, öz gələcəyi olduğuna görə görə belə istəyir. Mən heç yanda görünməməliyəm deyir. Oğlum, bəlkə, böyüyəndə deyəcək ki, mən də kameralardan uzaq olmaq istəyirəm. Amma inanmıram. Onda mənim xarakterim var. Çünki o indidən xoşlayır ”.

Fatimə ailəsinin məşhurluqdan uzaq və rahat həyat tərzini sevdiklərini dilə gətirsə də, deyəsən, rəqqasənin oğlu sənətə daha çox meyllidir.

Rəqqasə Fatimə :  “Mənim nə yoldaşım , nə qızım belə şeyləri sevir. Adi insan kimi yaşamaq istəyirlər. Amma oğlum rəqsi, performansı sevir. İndidən sənətə meyllənib”.

Yaxın dostlarının xına evi açmaq üçün ondan məsləhət aldığını etiraf edən Fatimənin həmin adamlara da sən demə, maraqlı cavabı olub.

Rəqqasə Fatimə : “Mənim dostlarım var,  salam verən  kimi deyirlər ki , istəyirik xına evi açaq. Deyirəm, mənlə dostluq etmək istəyirsənsə, get başqa işlə məşğul ol. İndi kim gəldi deyir ki, burda pul var. Elə xına evi açım ey. Vallah elə deyil. İşin içinə girəndə görürsən ki, çoxları kənara çəkilir”.

Bəzi kişi müğənnilərin onu başqalarına pisləməsi məsələsinə də toxunan rəqqasə, üzünü həmin insanlara tutub ürək sözlərini çatdırdı.

Rəqqasə Fatimə :  “Elə kişi müğənnilər var ki, mən onlara burdan deyirəm ki, ayıbdır, vallah, ayıbdır.  Məni pisləyirlər. Deyirlər ki, rəqqasədir, onun xınadan nə başı çıxır. Gəlin hanısısa müğənniyə verək.  Hansı ki, o müğənniylə dostdurlar. Allah hər kəsin ruzusunu verəcək. Xalqın gözü tərəzidir”.

Biz də sonda Fatimə Fətəliyevaya çıxdığı yolda hər zaman uğur qanmasını arzu edirik.

Qeyd edək ki, "ARB Ulduz"  kanalını  Azərspace 1 peykində 11024 tezliyində,  polyarizasiya: (V), FEC 5:6,  symbol rate: 12698 izləyə bilərsiniz.