“Müğənni olmağın nəyi çətindir “- İzzət Bağırovdan həmkarların ismarıc

15 2018 12:06

Müğənni İzzət Bağırov qalmaqal adı gələndə çalışır ki, həmin dairədən ən azı bir neçə kilometr uzaqda dayansın. Bu gün bayağı mahnıar ifa edə, özünə bəh-bəhlə bəstəkar deyənlərə də toxunan İzzət  toyla səhnəni səhv salan bəzi həmkarlarına qarşı da sərt fikirlər səsləndirdi.

Müğənnilərin əksəriyyəti tutduqları sənətin, müğənniliyin çətinliklərindən dili-dodağı yanmış kimi danışsalar da, İzzət Bağırov öz fikiləri ilə bəzi həmkarlarına da ismarış göndərdi.

İzzət Bağırov : “Deyirlər ey, bu sənətdə əziyyətlər görmüşük . O zaman həmin adamlara cavab vermək lazımdı ki, balam, oxumayardın, əziyyət də çəkməyərdin. Oxuyan adam əziyyət çəkməlidir də. Tək bu sənətdə deyil, hər işin öz əziyyəti var. Müğənniliyin heç bir çətinliyi yoxdur. Müğənnisənsə, səsin varsa, oxuyursan. Çətinlik bir balaca tanınana qədər olur. Relsə düşənə qədərdir. Relsə düşdü, tanıtdı özünü , sözünü deyə bildi tutdu, tudu. Tutmadısa, artıq o, müğənni istəyir 30 -40  il oxusun, tutmayıbsa, tutmayacaq”.

İzzət, bu gün sənətə hay-küylə gəlib bir aydan sonra suyu süzülmüş halda gedənlər, səncə, niyə bu şanssızlığı yaşayırlar?

İzzət Bağırov :  “Müğənnilik sənəti beş  günlük sənət deyil.  Çünki müğənni oldunsa, daim gündəmdə qalmalısan. Gərək daim iş görəsən, layihələrin ola. O da onu davamlı olaraq, göstərə bilmir və sıradan çıxır. Çünki nəsə təqdim edir, ondan sonra heç nə göstərə bilmir. Başqa performansı yoxdur, ondan başqa heç nə oxuya bilmir. Müğənni var, solo konsertləriylə məşhurdur, müğənni var 20 ildir konsert vermir. Səbəbi var, əgər konsert oxuya bilsəydi, verərdi”.

Toyda mini konsert verdiyini və artıq ulduz olduğunu zənn edib özünü aldadanlara da müğənninin tutarlı cavabı oldu.

İzzət Bağırov : “ Toyu səhnəyə, səhnəni restorana , restoranı saraya qatışdırmaq olmaz. Deyirlər, toyda mini konsert verdim. Mini konsert nədir, o toydur oxuyursan başqa şeylərdi. Toyda ağzından yanlış söz də çıxır,  xaric də oxuyursan, söz də bəzən yadından çıxır. Amma konsert belə deyil axı. Konsertdə sənin hünərin nədir, səhv söz deyəsən, səsin işləməyə, səhv mahnı oxuyasan, zilə qalxa bilməyəsən”.

Toyla konsert səhnəsini qarışdıran bəzi həmkarlarını tənqid edən İzzət Bağırov, deyəsən, bu müsahibəsi ilə ürəyində yığıb saxladılqarını lazımi ünvanlara çatdırmaq niyyətindədir.

İzzət Bağırov : “Toy başqa şeydir . Bunu qarışdırmaq olmaz. Mənim toylarım çoxdur . Düzdür, toya tamaşaçı çox gəlir. Əvvəllər toya 100-150 adam gəlirdi , indi ən azı 500 nəfər gəlir. İndi gündən-günə zallar da böyüyür. Bir də görüsən ki, ev yiyəsi 800-1000 nəfər adam çağırır məclisə. O boyda adam ancaq oturub sənə qulaq asır? Çoxdandır bir birlərini  görməyib foyedə oturanlar var. Konsert səhnədi. Orda ancaq hamı oturub sənə baxır, sənə qulaq asır. Ayaqqabının ucundan sənin oxuduğun mahnıya kimi hər şeyə diqqət edir”.

Bayağı mahnıların bərbadlığının yalançı şöhrətindən başlayıb, dırnaqarası bəstəkarlarda dayanan müğənni, danışdı nə danışdı.

İzzət Bağırov :  “  O qədər bayağı mahnı var ki, mahnının başı, ayağı yoxdur. Mahnıda söz yox bir şey yox. Birdə görürsən gəldi sevildi. Bəlkə də, bərbad mahnı olduğundan çox adam qulaq asır ki, görək nə mahnıdır. O gün bir qız mənə mahnı yazıb. Bir otuz mahnısına qulaq asdım. Mən utandım, o utanmadı .  Dedim ki, sən nə istəyirsən? Bu, mahnı deyil, get başqa işlə məşğul ol. Mən bəyənmədikcə, o bir-bir digər mahnısını təqdim edirdi”.

Bayağı mahnıların baxış sayının çox olması məsələsini qabardan İzzətin həmin saylarla bağlı özünəməxsus izahı da oldu.

İzzət Bağırov : “ Bir də görürsən ki , deyirlər filan mahnının 1 milyon baxışı var. Kim deyə bilər ki , o mahnıya yaxşı olduğu üçün baxılıb, yoxsa pis olduğu üçün.  Hərdən elə olur ki, kimsə deyir ki, bax, bu mahnıya, gör nə gündədir. Sən də açıb baxırsan ki, görüm nə haldadır. Görürsən ki, bərbad ifadır. Bu minvalla bir də görürsən ki, mahnı sayı artdı. Bu gün mənim heç kimlə işim yoxdur. Kim nə istəyir oxusun. Bu gün kanallar da çoxalır. Bir kanal həmin bayağı mahnını və müğənnini efirə buraxmayacaq,digəri icazə verəcək. İndiki zamanda məşhur olmaq üçün bütün yollar var”.

Belə, hər halda bu da İzzət Bağırovun fikirləri  idi.

Qeyd edək ki, "ARB Ulduz"  kanalını  Azərspace 1 peykində 11024 tezliyində,  polyarizasiya: (V), FEC 5:6,  symbol rate: 12698 izləyə bilərsiniz.