“Təkliyə alışmışam, evlilik mənim üçün qorxuludur...” – Samir etiraf etdi

21 2018 12:10

Bu gün ətrafında az adamın, sırf ona lazımlı insanların olduğunu söyləyən müğənni Samir Cavadzadə, deyəsən, sınaqdan keçməmiş insanları özündən uzaqlaşdırıb.

Samir Cavadzadə: “Həyatım boyu peşmanlıq çəkmişəm ki, bəzi insanları yaxınıma buraxmışam. Səmimi, heç vaxt heç kimin arxasınca danışmayan, hətta bəzilərinin pis tərəfini yaxşıya çevirməyi bacaran biri olmuşam”.

“İndi ətrafımda çox az adam var. Mən buna sevinirəm. Bu, çox əladır. Qulağım sakitdir. Səs-küy, artıq-əskik söz eşitmirəm. Kim haradır, bilmirəm. İntriqalardan tamamilə uzağam”.

Şou-biznesdə əsl dostlarının olduğunu söyləyən müğənni, onlarla bir araya gələndə kənar adamlar haqda heç bir söhbət etmədiklərini və onun üçün belə mövzuların maraqsız olduğunu dilə gətirdi.

Samir Cavadzadə: “Natavan Həbibi, Ramal, Nigar Camal, Eldar, Sevda Ələkbərzadə var ətrafımda, biz dostuq və görüşürük. Bizim üçün başqalarının addımları, həyatı, kiminlə gəzdilər, hansı maşını sürdülər, hara getdilər bizim üçün maraqlı deyil. Biz bir araya gələndə bu haqda danışmırıq. Mənə də elə dostlar lazımdır”.

Təkliyə alışdığını söyləyən Samir, deyəsən, evlənməyi özü üçün bir qədər qorxulu hesab edir.

Samir Cavadzadə: “Mən hər qapını döyüb qız alası deyiləm ki. Evlilik mənim üçün bir az çətindir. Təkliyə alışmışam. Anama deyirəm ki, evlənmək qorxuludur. Təsəvvürümə gətirirəm ki, tək yaşayıram. Kimsə yad adam gəlib mənim qoyduğumu götürüb özümüm bildiyi kimi başqa bir yerə qoyacaq. O gələn kimi mənə “dırdır” edəcək. Üç gündən sonra ya mən özümü öldürəcəm, ya da onu eyvandan atacam aşağı”.

Samir Cavadzadə və DJ Roşka çiyin-çiyinə verib qısa zamanda elə bir iş ərsəyə gətiriblər ki, hər şey gözlə qaş arasında baş verib.

Samir Cavadzadə: “Yeni layihəmiz DJ Roşkanın işidir, onun ideyasıdır. Hər şey bir günyarıma baş verdi. Zəng vurdu ki, mahnı var. Dedi ki, orda Eldar Mansurovun “Bayatılar” mahnısı olacaq. Mən oxuduğum yerlər yeni bəstədir. Onu Eldar Mansurovun “Bayatıları” ilə miks ediblər. Gəldim studiyaya, bir saata oxudum mahnını. Gecə Roşka mənə zəng etdi ki, mahnının klipini çəkirik. Səhər klip çəkildi”.

Dj Roşka mahnını hazır şəkildə sandıqda saxlasa da, nəhayət, Samirlə işbirliyi üçün son qərarını verib.

Dj Roşka: “Əslində mahnı çoxdan varıydı. Sadəcə kimin oxuyacağını təyin etməmişdik. Samir elə bir müğənnidir ki, onun bənzəri yoxdur. Müğənnilər bir-birini təkrarlayırlar. Samir elə bir sənətçidir ku, onu təkrarlamaq mümkün deyil”.

“Bu layihə mənim dj-lik fəaliyyətimdə yenilik oldu. Həm də mən Samirdən razı qaldım. Eldar Mansurovdan mahnının xeyir-duasını almışıq. Layihəmiz xeyirli-uğurlu olar inşallah. Çox sevinirəm ki, bu layihəmiz alındı”.

Biz də sonda Samir və Roşkanın yeni işlərinin uğurlu olmasını azru edirik.

Qeyd edək ki, "ARB Ulduz"  kanalını  Azərspace 1 peykində 11024 tezliyində,  polyarizasiya: (V), FEC 5:6,  symbol rate: 12698 izləyə bilərsiniz.