Ramal İsrafilovun “Canımın yarısı”...

24 2018 11:52

Müğənni Ramal İsrafilovda sehrli olan nə var, dəqiq deyə bilmirik. Ancaq səsinin tonu onun mahnılarının bəyənilməsinə kifayət qədər təsir göstərir. İfaçı indi də “Canımın yarısı” mahnısı ilə fars musiqisinə Azərbaycan nəfəsi əlavə edib, trendlərdə pillədən pilləyə yelkən açır.  

Asif Məhərrəmovdan sonra müğənni Ramal İsrafilov da Morteza Paşayinin sehrli dünyasına müraciət etdikdən sonra, elə ifaçının yeni mahnısı da şok effekti yaratdı.

Ramal İsrafilov: “Yeni mahnım fars mahnısıdır. Morteza Paşayinin mahnısıdır. İnanmırdım ki, bu ifa mənim mahnılarımı da ötüb keçər. Artıq 10 gündür ki, işıq üzü görüb bir sıra ifaları geridə qoyub. Studiyadan çıxan kimi dedim, hamı kimi məni də qıraqdan çəkin! Mahnımı sevənlərimlə paylaşdım. Çox keçmədi ki, hər kəs yeni ifamla maraqlanmağa başladı. Anladım ki, “Canımın yarısı” sevilir. Ancaq “tutmağını” bilmirdim”.

“Canımın yarısı” mahnısının sözləri Rauf Sübhi, musiqisi isə Morteza Paşaiyə məxsusdur”.

Ramalın yeni layihəsinin uğuru o qədər yüngül olub ki, işə necə başlayıblarsa, qısa zamanda da bitiriblər. Və mahnı trendlər siyahısına düşməyi bacarıb.

Ramal İsrafilov: “Mahnının sözlərinə baxdım gördüm ki, nə gözəl sözlərdir. Zəng vurdum ki, vaxt itimədən aranjimanı edin, mən bu mahnını oxuyacam. O deyirlər ey, bu adamın bəxti açıldı, işi yağ kimi getdi. Mahnı necə alındısa, aranjiman da tez oldu, vaxt itirmədən studiyada mahnını oxudum və artıq “yutub” kanalında trendlərdə yer alıb”.

Ramalın yeni mahnısı fars musiqisi olduğu üçün, ifaçı onun öz bəstəsini hansısa əcnəbinin yüksək səviyyədə oxumasına da mənfi reaksiya verməyəcəyini söylədi.

Ramal İsrafilov: “Əgər mənim mahnımı əcnəbi ifaçılardan kimsə gözəl oxuyarsa, mən həmin adamı axtarıb taparam. Demərəm ki, niyə sən bunu oxumusan? Mənə qonorar ver”.

“Əsl, keyfiyyətli musiqiçi mahnısı gözəl səslənərsə, onu ifa edənə təşəkkür edər. Ancaq pis ifa etsə, mütləq səsimi qaldıraram. Deyərəm ki, həmin adamı tapın! Birincisi niyə icazə almayıb, ikincisi qonorar ödəməyib, üçüncüsü niyə oxuyub? Yaxşı oxusa, deyərəm halal olsun”.

Ramal, hiss etmisənmi, son zamanlar fars musiqilərinə kim müraciət edirsə, həmin mahnılar qısa zamanda populyarlaşır.

Ramal İsrafilov: “Musiqi zövqümüz farslaşıb. Mahnı gözəl mahnıdı. Mənə sonra dedilər ki, Asif Məhərrəmov da həmin musiqiçiyə müraciət edibmiş”.

Ramal İsrafilov “Şou məkan”a eksklüziv açıqlamasında, bu ay albom təqdimatının olacağını və sənət dostlarını, medianı ətrafına toplayacağını söylədi.

Ramal İsrafilov: “Mən burdan eksklüziv bir xəbər paylaşım. Bu yaxınlarda özəl bir albomum işıq üzü görəcək. Yalnız gözəl insanlara təqdim olunacaq. Orda bütün bəstələrim, öz mahnılarım  yer alacaq. Təqdimat edəcəm. Sənət dostlarımı, jurnalistləri, sevənlərimi təqdimata dəvət eliyəcəm”.

Ramal, indi bəzi müğənnilər albomun və klipin sadəcə əlavə, lüzumsuz xərc olduğunu düşünürlər. Sən nə deyə bilrəsən, bu haqda?

Ramal İsrafilov: “Albom hesabatdır, arxivdir. Mən pul xərcləyirəm. Mənim elə yaxşı dostlarım var ki, məndən də yaxşı pul verirlər və mən onların sayəsində yaxşı dostlarıma albomu hədiyyə edə bilirəm”.

Biz də sonda müğənniyə hər zaman bugünkü sürəti ilə və daha da artıq sənət eşqi ilə irəliləməsini arzu edirik.

Qeyd edək ki, "ARB Ulduz"  kanalını  Azərspace 1 peykində 11024 tezliyində,  polyarizasiya: (V), FEC 5:6,  symbol rate: 12698 izləyə bilərsiniz.