Zenfira İbrahimova “Kırılsın” adlı yeni klipini gün üzünə çıxardı

28 2018 13:53

Müğənni Zenfira İbrahimova “Kırılsın” adlı yeni klipini qışda ekranlaşdırsa da, hələki təqdim etməyib. Özünün sosial şəbəkə hesabında klipdən kiçik bir hissə paylaşan ifaçı, bunun səəblərini açıqladı. Mətbuatda Zenfiranın Türkiyədə tanınmaqla bağlı fikriləri də rezonans doğurdu. Guya Zenfira deyib ki, Türkiyədə bir Zeynəb Xanlarovanı, bir də Zenfiranı tanıyırlar.

Yeni klipini oğlunun kiçik toy məclisindən sonra təqdim etdiyini söyləyən müğənni Zenfira İbrahimova, ekran işinin Gürcüstan və Azərbaycanda çəkildiyini vurğuladı.

Zenfira İbrahimova: “Yeni klipimiz bir aydan çoxdur ki, hazırdır. Sadəcə olaraq sosial şəbəkələrə, “yutub” portalına yerləşdirməmişdik. Düşünürdüm ki, may ayında oğlumun kiçik toyunu edim, sonra ekran işini paylaşım. Nəticə etibarilə çox gözəl bir klip ərsəyə gəldi”. 

“Mahnının söz və musiqisi Aytac Vidadi qızınındır. “Kırılsın” Türkiyədə böyük bir orkestirlə aranjiman olunub. Klip həm Gürcüstanda, həm də Azərbaycanda çəkilib”.

Hələ klip işıq üzü görməmişdən öncə mahnının Türkiyə türkcəsində olması, sosial şəbəkələrdə müzakirə mövzusuna çevrildi. 

Zenfira İbrahimova: “Mahnı əslində Türkiyə türkcəsində yazılıb. Çoxları məni qınadı ki, ifanı mən özüm tərcümə etdirmişəm. Mahnının söz yazarı onu Türkiyə türkcəsində yazmışdı. Elə o dildə də oxudum”.

“Sosil şəbəkədə müzakirə olnudu ki, niyə öz dilimizdə oxumamısan. Sadəcə mahnı o dildə yazılıb. Mən Şəmkir şəhərindəydim. Aytac xanım mahnını göndərdi ki, Zenfira xanım, bir mahnım var, bu bəstədə mən səni görürəm. İfanı sizi düşünüb yazmışam. Həmin gecə mən ona zəng etdim ki, Aytac, bu mahnını mən mütləq ifa etməliyəm”.

Zenfira, klipin bu isti aylarda fanatlarının ürəyinə sərinlik gətirəcək. Bəs, ekran işi niyə bu qədər gec başa gəldi?

Zenfira İbrahimova: “Klipim niyə belə gec ərsəyə gəldi, deyim, montajda gecikmələr oldu. Bəzi kadrlar Bakı şəhərində çəkilməli idi və mənim vaxtım yox idi. Ona görə də vaxt tapıb reallaşdıra bilmirdik. Çəkilişlərə  fevral ayının 10-dan start vermişik, aprel ayının sonlarına yaxın bitirdik. Bir ay sonra isə təqdim etdim”.

Mətbuatda Zenfiranın Türkiyədə tanınmaqla bağlı fikriləri də rezonans doğurdu. Guya Zenfira deyib ki, Türkiyədə bir Zeynəb Xanlarovanı, bir də onu tanıyırlar. Əslində isə...

Zenfira İbrahimova: “İzmirdən geri qayıdırdıq ki, polis bizi saxladı. Sürcülük vəsiqəmi təqdim etdim. Orda adımı, soyadım oxudu və dedi ki, dünən sizi xəbərlərdə gördüm. Bu fikri mən açıqlamışam. Mövzunu şişirtdilər ki, guya Zenfira deyib ki, orda bir məni tanıyırlar, bir də Zeynəb Xanlarovanı. Çox gülünc bir məsələdir”.

Biz də sonda sənətçiyə yaradıcılıq uğurları və ürəyincə olacaq bir yay istirahəti arzulayırıq.

Qeyd edək ki, "ARB Ulduz"  kanalını  Azərspace 1 peykində 11024 tezliyində,  polyarizasiya: (V), FEC 5:6,  symbol rate: 12698 izləyə bilərsiniz.