“Nə məcburdur gedib kreditlərə girirsən...“ - Yaşar Yusub tənqid etdi

29 2018 12:55

Albom və konsertlərdən, ümumiyyətlə, gəlirinin olmadığını söyləyən müğənni Yaşar Yusub, musiqiçilərin əsas gəlir yerinin toylar olduğunu söylədi. Üstəlik ilboyu deyil, müyyən mövsum daxilində.

Yaşar Yusub: “Bilirsiniz ki , bizdə konsertlərdən , albomlardan qazanc olmur. Türklər kimi albom buraxdıq onun satışından pul qazanıb, çörək yeyəcəyik belə şeylər bizdə olmur. Ona görə də müğənnilər, musiqiçilər məcburuq ki, toya gedək. Bizdə bilinən bəzi aylar var ki, o vaxt işlər olmur. Məsələn, Ramazan ayı var , Məhərrəmlik ayı var. Toy mövsümü nə vaxt olsa, qazanc var. Ramazan ayını yaşayırıq. İyula qədər çəkəcək . İyulda da isti olduğuna görə toy edən az olur. Avqustda biraz olacaq, sentaybrda məhərrəmliyə girəcəyik“ .

Bəzi insanların ehtiyac olmadan borca-xərcə düşüb özü üçün şəxsi əşyalar almasını tənqid edən müğənni, onlardan fərqli düşüncəyə sahib olduğunu bildirdi.  

Yaşar Yusub:  “Həyatımda ilinə görə ən çox sevdiyim bu maşınımdır. Desəniz ki, niyə dəyişmirsən? Mənim  belə bir xasiyyətim var. Əgər bir problemi yoxdursa , niyə dəyişim. İmkan olanda , bezib dəyişmək olar. Adam var qudurğanlıq edir. Pulu yoxdu, kreditlərə düşür, gedib maşın, ya telefon alır.  Amma məndə belə şey yoxdur. Normal telefonda işlədərəm , geyinərəm də, lazim gələrsə dəyişərəm də”.

“Nə məcburdu?” sualını bir çoxlarına ünvanlayan Yaşar, “qonşuda var məndə də olsun”, prinsipini irəli sürən həmkarlarını qınadı.

Yaşar Yusub:  “ Nə məcburdu kreditlərə girirsən , bir maşınım var, biri də olsun. Onda var, niyə məndə yoxdur , qoy məndə də olsun. Əgər gecə səhərə kimi düşünəcəmsə, sabah kreditin vaxtı gəlir, ya hansısa dostumun borcunu verməliyəm deyə, fikirləşib öləcəmsə, ondansa az olsun, normal yaşayım. Mənim düşüncələrim biraz başqa cürdür”.

Nə istəyibsə, onu da əldə etdiyini söyləyən müğənninin, deyəsən uşaqlıq arzuları onun çırpınışları nəticəsində mümkün olub.

Yaşar Yusub:  “ İndiyə kimi nə istəmişəmsə, Allah onu mənə yetirib. Mən 8- ci sinifdə oxuyanda saat 5-də dərsdən çıxıb Sumqayıtda toya gedirdim. 8-ci sinifdə oxuyan uşaq. Çalışırdım nə isəöyrənim , məşhur olum. Çalışırdım ki, hər şey birdən mənim olsun. Amma evdə həmişə deyirdilər ki, ay bala, bütün bunların zamanı var, səbr et, hər şeyin olacaq. Uşaq idim, o vaxt dərk  etmirdim. Şükürlər olsun ki, indi o istədiklərimin hamısı olur”.

Yaşay, qarşıdan yay mövsümü gəlir. Harda istirahət etməyi düşünürsən?

Yaşar Yusub:  “Bu il dincəlməklə bağlı dəqiq qərar verməmişik. Amma yəqin ki Bodruma gedərik. Hələlik dəqiq bir planımız yoxdur ”

Biz də sonda Yaşar Yusuba yaradıcılıq uğurlarının hər zaman bol olmasını arzu edirik.

Qeyd edək ki, "ARB Ulduz"  kanalını  Azərspace 1 peykində 11024 tezliyində,  polyarizasiya: (V), FEC 5:6,  symbol rate: 12698 izləyə bilərsiniz.