“Efirlərə getməsək də, büruzə vermədik ...” – Gülyanaq Məmmədova

30 2018 15:17

Xalq artisti Gülyanaq Məmmədovanın sənəti, gördüyü işlər və səsinin sehri gün kimi aydın olsa da, son zamanlar tamam başqa məqamlarla gündəmə gəlir. Təxminən iki ay öncə atasını itirdikdən sonra müəyyən nüasnlara görə dilə-dişə düşən, daha sonra stilist Anarın onun imicini dəyişməsi ilə yenidən haqqında danışılan Gülyanaq xanımdan açıqlamalar gəldi.

Vaxtının olmadığını və əsas zamanını işinə, sənətinə həsr etdiyini dilə gətirən Xalq artisti Gülyanaq Məmmədova, uşaqlarına kifayət qədər vaxt ayıra bilmədiyini söylədi.

Gülyanaq Məmmədova :  “Bircə uşaqların dərsləriylə məşğul ola bilsəm, yaxşı olar. Bir də görürsən ki, evə saat 10- dan sonra gedirəm, onlar da o vaxt yatırlar. Mənlə evə getsəniz, görəssiniz ki, uşaqlarım üstümə qaçıb öpürlər. Məni evdə az az görürlər deyə hər dəfə öpürlər . Balaca da özünə sıxır əliylə də vurur ki , anam gəldi”.

Gülyanaq xanımın hər zaman formada qalmasının əsas sirri də elə başını qaşımağa vaxtının olmaması ilə əlaqədarıymış. Yəni ortada xüsusi pərhriz filan yoxdur.

Gülyanaq Məmmədova:  “Mənə deyirlər ki , hansı pərhrizi saxlayırsan ki, belə arıqsan? Deyirəm, vallah o pəhrizin adı ora-bura qaçmaqdır. Beyin işləyir, fiziki  iş görürəm. Hər gün işləyirəm. Çox vaxt yeməyimizi ayaqüstə yeyirik. Elə olur ki , bir səhər yeyirik, birdə axşam”.

Gülyanaq xanım, bəs övladlarınızdan hansındasa, incəsənətə, musiqiyə maraq hiss etmisizmi?

Gülyanaq Məmmədova : “Uğur bir yaş dördüncü ayındadır. Hiss edirəm ki , mahnını o qədər yaxşı duyur ki, hər mahnıya uyğun rəqs edir. Hətta bacımın uşaqları da onun gorüntülərini paylaşırlar. Deyirəm, etməyin. Onda musiqi duyumunu hiss etmişəm. Böyük oğlum Yaqubda musiqiyə böyük həvəs var. Pianinoyada qoymuşdum. Özündən musiqilər yazır. Amma dərsə getməyə tənbəllik edir. Bir zülm çəkirəm. Mən evdə olmasam, getmir dərsə. İstəmirəm ki, oğlanlar uşaq vaxtından bu sənətə qatılsınlar, dərslərini axsatsınlar. Çünki 14-15 yaşlarında oğlanların səslərində keçid dövrü başlayır. O keçid dövründən sonra o səs qala, ya qalmaya”.

Təxminən iki ay öncə atasını itirən Xalq artisti, bu ağırını-acını da insanlara hiss etdirmədi. Kədərini içində yaşadı.

Gülyanaq Məmmədova : “Büruzə vermədik , efirlərə getməsək də. Bu, mənim işimdir. Təbii ki, atam mənə əziz olduğu kimi başqasına əziz ola bilməz. Qınağa çəkən də ola bilər. Bu da təbiidir. Mən şərhləri oxuyan deyiləm , amma deyirlər ki, hə yazıb qınayıblar. Deyirəm, yəqin onlar yaşamayıblar. Allah atalarına, analarına can sağlığı versin. Əzizini itirmək nədir, onu yaşayan bilir. Musiqiçi dostlarım gördülər ki, mən nə əziyyətlər çəkmişəm. O halda da işinin öhdəsindən gəlməyə də hünər lazımdır”.

Son olaraq Gülyanaq Məmmədova onun imici üzərində işləyib Xalq artistini dəyişdirən stilist Anar Ağakişiyevin yeni işinə də münasibət bildirdi.

Gülyanaq Məmmədova :  “Bu, Anarın sənətidir, peşəkarlığıdır. Gözəl də insandır. Bir-iki saatlıq bir obraz yaratdıq. Kimlərsə bəyəndi, kimsə yox.Mən belə başa düşürəm ki, bir insan üzərində bir neçə obraz yaratmaq mümkündür. Bəyəndim onun işini. İnsanların fikrinə də hörmətlə yanaşıram. Anara da yazan çox oldu ki, Anar bu dəfə alınmadı. Mən oxuya bilməsəm də, dedilər. “

Biz də sonda sənətçiyə ailə həyatında və sənət yolunda uğurlar arzu edirik.

Qeyd edək ki, "ARB Ulduz"  kanalını  Azərspace 1 peykində 11024 tezliyində,  polyarizasiya: (V), FEC 5:6,  symbol rate: 12698 izləyə bilərsiniz.