Murad Arif və Ramil Nabran “Oppalara” dan danışdılar

05 2018 11:02

Artıq yayın yaxınlaşdığını və hər kəsin istirahətə yollanacağını, elə öz sözləri ilə desək, “oppalara” gedəcəyini düşünən Murad Arif və Ramil Nabran, yayın hitinə çevriləcək mahnı və kliplərini təqdim etdilər.

Murad Arif: “Hamı işdən yorulur və deyir biraz “oppalara” gedim. Biz də həmin mövzunu əsas götürüb, belə bir layihəyə imza atdıq”.

Ramil Nabran: “Bu dəqiqə hamı “oppalara” gedir. Tələbələr “oppalara” gedir, ofisdə işləyənlər “oppalara” gedir. “Oppalar” mövsümüdür”.

“Biz xəyalpərəst dövranın övladları deyilik. Biz artıq yüz ölçüb bir biçən dövrann övladlarıyıq. Murad Arif mənə deyəndə bir qədər bu işə girişmək istəmədim. Sonra işbirliyimiz yarandı. Bu gün bu layihəni təqdim etmişiksə, milləti çox sevdiyimizdən etmişik. Aktual məsələdir. Gedək gəzməyə deyə bilərdik, gedək qürbətə deyə bilərdik, ancaq “oppalara” dedik”.

Murad bu layihəsinin çoxdan sandıqda gözlədiyini və qismətin məhz indiyə olduğunu söylədi. Yəqin müğənni ötən yayın başqa hiti olduğu üçün, bu yayın da hiti “oppalara” olsun deyə düşünüb.

Murad Arif :”Mən ötən il bu işi çıxaracaqdım. Sadəcə ötən mövsüm həmkarlarımın Ramillə birgə bir hiti çıxdı. Ona görə bu layihəni ertələdim. 2004-ci ildən mən Ramili tanıyıram. Aramızda səmimi dostluq var. Bizim duetimiz hətta iki il öncə də baş tuta bilərdi. Niyə görəsə təxirə düşdü. Amma gec olsun , belə olsun. Mən Ramillə duetimi “İsti yay”a qulaq asdıqdan sonra qərarlaşdırdım.  İsmayıla dedim ki, biz də belə bir şey edək. Söhbət iki ilin söhbətidir. Nəsə ertələdim , bu mahnını tapdım. İstəyirdim ki, işə girişim, məlum oldu ki, onların bir treki artıq hazırdır. Mən də bir mövsüm gözlədim “ “Bastalama”nın üzərindən vaxt keçdi, indi də “oppalara” işıq üzü gördü”.

Movzudan kənara çıxıb bir müddət fasilə verməsinin səbəblərini açıqlayan Ramil Nabranın sözündən belə aydın olur ki, onun sadəlovlüyündən əməlli-başlı istifadə ediblər.

Ramil Nabran:  “Sadəcə Ramil yaxın dostları tərəfindən istifadə olundu. Rəqibləri tərəfindən kənarlaşdırıldı.Hamısı Ramilin xeyirxahlığından irəli gəldi. Bir az xam dövrüm varıydı. Amma indi başa düşdüm ki, şou-biznesdə xamlar üçün yer yoxdur“.

Muradla Ramilin yeni klipində əsl qərb ab-havasının və tərzinin şahidi olmamaq mümkün deyil.

Ramil Nabran: “Mənə Türkiyədən yazıblar ki, abi, bunu bizdəmi çəkdiniz? Deyirəm ki, yox, bunu öz ölkəmizdə çəkiblər. Made in Azərbaycan”

Murad Arif :  “Emin Muradov yeri gəlmişkən təşəkkürümüzü bildiririk. Rejissor , montaj , rəng işləriylə məşğul olur. Çox keyfiyyətli işi, zövqü var. Çox sevinirəm ki, Emin Muradovla tanış oldum. Bu klip Gürcüstanda, Ukraynada çəkilən klip dəyərində başa gəldi mənə. Bu layihədə Ramil mənim qonağımdır. Ramilin də albomu çıxar məni qonaq edər. Bu artıq sual altındadır“.

Hələ bu son deyil. Yaxın zamanlarda Ramil Nabranın da olduğu yeni bir mahnı işıq üzü görəcək ki, bu ifanın adı kimi özü də dinləyənləri yerində donduracaq.

Murad Arif :  “Bu yay Ramilin yeni işi olacaq. Ramil , Rəhim və Nadir Nağd Pulun yeni işbirlikləri gəlir. Mahnı necə adlanır?“

Ramil NABRAN :  “Bumbalam buz“...

Murad Arif :  “Onu da gözləyin, inşallah!”

Biz də sonda hər iki ifaçıya yeni işlərinin uğurlu olmasını və davamının gəlməsini arzu edirik.

Qeyd edək ki, "ARB Ulduz"  kanalını  Azərspace 1 peykində 11024 tezliyində,  polyarizasiya: (V), FEC 5:6,  symbol rate: 12698 izləyə bilərsiniz.