“Səmimi olsun, xəyanət etməsin , paxıl olmasın...” - Xumar Qədimova etiraf etdi

06 2018 12:05

Əməkdar artist Xumar Qədimova nə qədər az görünsə də, onun hər gəlişi yeni bir başlanğıc olaraq görülür və fanatları üçün həmin gün bayrama çevrilir. O, nazlı, qəmzəli danışığı və hərəkətləri ilə özünə cəzbedicilik qazandırır. Şeir kimi bir qadın olan Xumar xanım, poeziyanın ruhu ilə yaşamağı yaxşı bacarır.

Az-az görünən, ancaq hər zaman dördgözlə gözlənilən, nazlı, qəmzəli Xumar Qədimova, nəhayət ki, üzərində bir müddətdir çalışdığı, cani-könüldən sevdiyi yeni mahnısını təqdim etdi.

Xumar Qədimova : “Nəhayət ki, uzun müddət üzərində işlədiyim Hüseyn Cavidin “cəfa çəkdim can üzdüm” sözlərinə bəstələdiyim mahnını bitirdim. Axır ki, təqdim olundu.  Mən bu mahnıya aşiqəm. Yəqin ki, məni sevənlər də bu əsəri sevəcəklər.Təvazökarlıqdan uzaq olsa da , Xumarın mahnılarını seviərm. Amma bu mahnı üçün ölürəm”.

Şeir kimi bir qadın olan Xumar xanımın daxili də, zahiri də, belə götünür ki, poeziya ilə əhatə olunub və onu bu qədər cəzbedici bir şəklə salıb.

Xumar Qədimova : “Əzbərdən bildiyim şeirlər də var. Elə hey oxuyuram. Bir də görürsən ki, şerlərə aşiq oluram , nəğməyə çevirirəm. Müğənni bilməlidir ki , nə oxuyur və tamaşaçıya nə deyəcək, tamaşaçı ondan nə alacaq. Kamal Abdullanın sözlərinə mənim bəstəm var.  Orda deyir ki, evinin bir küncündə günəş çıxıb yaydır, bir küncündə şaxtalı qışdır, qəribə deyilmi?”

Qarşısındakı insandan dürüstlük, düzgünlük gözləyən müğənni, bu xüsusiyyətini sevsə də, deyəsən, onu özünün ən pis cəhəti olaraq qiymətləndirir.

Xumar Qədimova: “Qarşısındakını görmək istədiyi kimi görür Xumar. Ən pis cəhəti odur. Xumar dostluq etdiyi adamdan hər şey istəyir. İstəyir ki, səmimi olsun, xəyanət etməsin , paxıl olmasın. Dost necə olmalıdır, bax onu istəyir Xumar. Bu, mənim ən pis cəhətimdir. Mən onu elə görməsəm, onunla dostluq edə bilmərəm. O cür görürəm deyə dostluq edirəm. Allah eləməsin elə olmayanda mən əzab çəkirəm”.

İnsanları olduğu kimi qəbul edə bilmədiyini söyləyən Xumar Qədimovanın söhbətindən belə aydın olur ki, dost onun üçün ən dəyərli məqamlardan biridir.

Xumar Qədimova: “Bacım mənə deyir ki, olduğu kimi qəbul elə. Oldu daha, elədir. Vecinə alma , unut. O, mənim  yarımdı. Yar ancaq kişi qadın deyil. Mənim qadın dostum da mənim yarımdır. Məncə hamıyla dostluq eləmək olmaz”.

Xumar xanım, efirlərdə çox az görünürsüz. Nə zamansa düşünmüsüzmü ki, birdən sevənləriniz sizi görmədiyi üçün unudar?

Xumar Qədimova: “Mənim sənət siyasətim belədir. Çox efirə çıxmağı sevmirəm. Təbii ki, tamaşaçıları sevirəm, onlara gözəl nəğmələr təqdim etməyi sevirəm. Amma yerində. İki şey məni unudulmağa qoymayacaq: bir nəğmələr, bir də duyan tamaşaçılar”.

Biz də sonda sənətçiyə hər zaman aktual olub gündəmdə qalmağı arzulayırıq.

Qeyd edək ki, "ARB Ulduz"  kanalını  Azərspace 1 peykində 11024 tezliyində,  polyarizasiya: (V), FEC 5:6,  symbol rate: 12698 izləyə bilərsiniz.