“Damla xanım məni təəccübləndirdi...” - Nadir nəyi etiraf etdi?

14 2018 12:43

Səhnədə hər zaman yaxşı görünmək üçün çalışdığını dilə gətirən müğənni Nadir Qafarzadənin söhbətindən belə aydın olur ki, ifaçı əməlli-başlı pəhrizə start verib. 

Nadir Qafarzadə:  “ Mən çalışıram ki,  cavan qalım. Özbəkistana, Kiprə gedəndə, elə indinin özündə də pəhrizdəyəm. Bunu mən tək özümçün etmirəm, həm də tamaşaçıya hörmət əlaməti olaraq edirəm. İstəmirəm qarnım  çıxsın. Çörəkdən, un məmulatlarından , şirin şeylərdən imtina etmişəm. Ancaq közdə balıq, soyutma kənd çolpası yeyirəm, su çox içirəm”.

İndi bəzi sənət adamlarının kütlənin arxasınca getdiyni deyən Nadir, musiqili-meyxana formasında insanlara təqdim olunan ifaları əslində meyxanaya təhqir kimi qəbul edir.

Nadir Qafarzadə:  “İndi gündəm mahnısı deyirlər, camaat üçün mahnı deyirlər. Axı biz mədəniyyətə qulluq edən insanlarıq. İnsanları arxamızca aparmalıyıq.  Bir dəfə Akif  İslamzadə dedi ki, oğlum, çalışın insanları arxanızca  aparın, onların arxasınca getməyin! Çünki biz mədəniyyət işçiləri onlara nə versək , onlar onu dinləyəcək. Mənim qabağıma nə yemək qoysanız, mən onu yeyəcəm. Əvvəlli, ortası, sonu bilinməyən mahnılar var bu gün. Adını qoyurlar musiqili- meyxana. Bu isə meyxana sənətinə təhqirdir. Meyxana bizim folklorumuzdur. Babalardan süzülüb gələn söz xəzinəsidir. Əvvəllər xiridarlar olub. Onların ruhuna təhqirdi bu söz. Vasif Əzimov da qeyd etdi ki , elə sizin verilişdə dedi ki , musiqili-meyxana sözü yoxdur, meyxana var”.

İndi sənətdə ayranın qaymağı geridə qoyduğunu dilə gətirən müğənni, ucuz və keyfiyyətsiz mahnıları ağ yuyub qara sərdi.

Nadir Qafarzadə: “Ayran çoxdur, qaymaq azdır. Əvvəllər belə deyildi. Əvvəllər indiyə baxanda qaymaq bir az daha çox idi, əlliyə əlli idi. Amma indi səksənin iyirmiyə olub. Səksən ayrandı , iyirmi qaymaqdır. Çox üzr istəyirəm, amma bu acı həqiqətdir. Bu, nədən irəli gəlir? Təhsilsizlik, savadsızlıqdan. Hərdən özümü məcbur edirəm ki, qulaq asım. Nə məntiq var, nə musiqi var, heç nə yoxdur.Bu xalqı aldatmaqdır. Adını da qoyublar ki, xalqın istəyidir. Xalq sevir... Hansı xalq sevir?”

Əvvəllər həmkarı Damlanın mahnılarını bəyənməyən, öz zövqünə uyğun hesab etməyən Nadirin birdən-birə fikri necə oldu ki, dəyişdi?

Nadir Qafarzadə:  “ Gənc ifaçı var Damla. Onu əslində nə tənqid etmişdim , nə təhqir, nə də irad tutmuşdum. Qulağımın eşitməsinə görə demişdim ki, zövqlər müxtəlifdir, müzakirə olunmur. Mən dinləmirəm, bəlkə, zövqsüzəm.Yenə də o mənim zövqümdür. Hər şeyə hörmətlə yanaşılsın. Amma bu yaxınlarda o  xanım məni təəccübləndirdi. İnstagramda  gəzişirdim. Qabagıma Damla xanımın videosu çıxdı. İnanırsınız mən qulağıma inanmadım. Nə oxusa, yaxşıdır? Elza İbrahimovadan “Gəl barışaq” mahnısını. Dedim ki, nə gözəl, oxu da bunu. Özü də o Damla obrazında oxumadı, bir az fərqli ifa etdi. Düzdür , orda Damlaya xas elementlər də  var idi. Amma hiss etmişdi ki, bu Elza İbrahimovadır. Damla xanım yaxşı mənada məni təəccübləndirdi. O cür ifaları qarşıma çıxsa, təbii ki , dinləyəcəm. Uğurlar arzu edirəm”.

Bəzilərinin onun yaradıcılığına dil uzatması məsələsinə də toxunan ifaçı, hmin insanlara da öz tutarlı cavabını göndərdi.

Nadir Qafarzadə:  “Bilirsiniz , məni cocuklar anlamaz. Onlar elə bilirlər ki, Nadir yeni yaranıb. Nadir yeni çıxmayıb axı. Nadirin 47 yaşı var. Ömrünün çox hissəsini də musiqiyə həsr edib. Mən onları da anlayıram. Uşaqdırlar da nə etsinlər? Efirlərdə indi nə verirlər ki , onlar da görsünlər“.

Biz də sonda Nadir Qafarzadəyə yaradıcılıq uğurları arzu edirik.

Qeyd edək ki, "ARB Ulduz"  kanalını  Azərspace 1 peykində 11024 tezliyində,  polyarizasiya: (V), FEC 5:6,  symbol rate: 12698 izləyə bilərsiniz.