“Şou-biznesin rekordlar kitabında özüməm...” – Vüqar Muradov

15 2018 13:46

Müğənni Vüqar Muradovla olan söhbətimiz ifaçının şou-biznesin ən  hündürboylu müğənnisi olması faktından başlayıb, ifaçının sənət yeniliklərilə sonlandı. Vüqar müğənni olmasa idi, görəsən, hansı peşələrin sahibi olardı? Cavab sizi çox təəccübləndirəcək.

Boyunun fantastik dərəcə hündürlüyü ilə şou-biznesin ən hündür müğənnisi statusunu qoruyub saxlayan Vüqar Muradov, idmana olan sevgisindən danışdı.

Vüqar Muradov: “Fiziki cəhətdən də məndə dəyişiklik var. Aylardır mütəmadi olaraq, yüksək səviyyədə idman edirəm. Yalnız səhnə adamı deyil, hər kəsin bədən quruluşu gözəl olmalıdır ki, komplekslərdən uzaq olsun. Mən də çox kompleksli adam olduğum üçün məşqlərimi axsatmıram”.

“Uşaqlıqdan idmanla peşəkar şəkildə məşğul olmuşam. Karate və boksla məşğul olmuşam.

“Nəsildə ən hündür mənəm. Yaxın boylar çoxdur. Qardaşım Vüsal 193 sm-dir. Əmimoğlu 194 sm-dir. Mən də 2 sm onları üstələmişəm. Məndən hündürü yoxdur. Hələ ki, şou-biznesin rekordlar kitabında özüməm”.

Vüqar, bir anlıq təsəvvür et ki, müğənni deyilsən. Hansı peşənin sahibi ola bilərdin?

Vüqar Muradov: “İdmançı olardım. Bu məlum məsələdir. Bir də çox güclü sənətklar ola bilərdim. Maşın ustası ola bilərdim. Çünki uşaqlıqdan bu sahənin içərisində böyümüşəm. Atam mühəndis olduğu üçün baxıb öyrənmişəm”.

“Bu baxımdan dostlarıma da dəstək oluram. Kimsə avtomobil alanda və ya maşınında hansısa problem olanda, mənə zəng edib məsləhət alırlar”.

Müğənni şou-biznesdə yeganə ifaçıdır ki, studiyaya getməyib öz evində studiya qurub istədiyi kimi mahnı ifa edir.

Vüqar Muradov: “Mən canlı oxuduğum kimi studiyada oxuya bilmirəm. Studiyada mən o ürəyi qoya bilmirəm. Qulaqlıqları taxanda, əlimdə mikrofon tutmayanda özümü sıxılmış kimi hiss edirəm. Ona görə də  evimdə peşəkar səviyyədə studiya açdım. Mikrofonu da əlimdə tutub, əhvalım oldusa, “rec” düyməsini basıb oxuyuram. O zaman ürəyimi boşalda bilirəm”.

Müğənninin “Yay gəldi” adlı yeni mahnısı iki il öncədən boxçada olsa da, Vüqar ifanı indi təqdim edib və nəticəsini də görüb.

Vüqar Muradov: “”Yay gəldi” mahnım var. Çox pozitiv mahnıdır. Ən çox sevdiyim üç mahnımdan biridir. Bu yaxınlarda efirlərdən birində oxudum. Hər kəs dedi ki, nə yaxşı mahnıdır, xeyirli olsun. Həmin mahnını verilişdə ikinci dəfə oxutdular. Yaxın günlərdə bu mahnıya klip çəkdirmək istəyirəm. Azərbaycanda sənətçilər arasında ilk baykerəm. Düşünürəm ki, öz motosikletimlə klipə çəkilməyim bir ilk olacaq. Arxamda da bir xanım otuzduracam”.

İfaçı bu yay, ümumiyyətlə, istirahət etmək niyyətində deyil, deyəsən. Bir-birinin ardınca yeni işlər təqdim edəcək olan Vüqarın sənət axınını qaçırmayın.

Vüqar Muradov: ““Öpüm səni” adlı mahnım var, onun remiksini edəcəm. Başqa bir lirik mahnı var, Abbas Əhmədin ifasında səslənib. “Ürəm yanar” adlanır və həmin parçanı artıq oxumuşam. Bir də Qafqaz ritmləri üstündə bir mahnı var, onun üzərində işləyirik. Həmin mahnıya Qaxda klip çəkiləcək”.

Biz də sonda Vüqar Muradova hər zaman enerjili olmasını arzu edirik.

Qeyd edək ki, "ARB Ulduz"  kanalını  Azərspace 1 peykində 11024 tezliyində,  polyarizasiya: (V), FEC 5:6,  symbol rate: 12698 izləyə bilərsiniz.