“300-400 min pul itirmişəm...” – Yaşar ilk dəfə etiraf etdi

20 2018 12:23

Müğənni Yaşar Cəlilovun sənət yeniliklərindən daha çox onun biznes obyektləri hər zaman insanların diqqət mərkəzində olub. İzləyicilər onların bir qismindən xəbərdar olub, bir qismi haqda isə indiyə kimi, ümumiyyətlə, heç nə eşitməyib. Müğənni eksklüziv açıqlamaları ilə bütün məqamlara aydınlıq gətirdi. Onun söylədiklərini sizi çox təəccübləndirəcək.

İçərisində biznes olan bütün sahələri sevdiyi etiraf edən müğənni Yaşar Cəlilov, deyəsən, hesab-kitabla həddən artıq çox məşğul olur.

Yaşar Cəlilov: “Əslində çoxdan bizneslə məşğul oluram. Harda biznes sözü varsa, o sahəni sevirəm. Şou-biznesin biznes tərəfini daha çox sevirəm. Ona görə də heç vaxt şou göstərməmişəm. Şou göstərmək Aygün, Röya və Faiqə məxsusdur. Mən sadəcə olaraq ifa edib, alqış görüb, ifamın qarşılığında pul alıram”.

“2007-2008-ci illərdə mənim avtoyuma obyektim var idi və heç kimin bundan xəbəri yox idi. İndi isə gözəllik salonum var”.

Uzun illərdir ki, biznesin içərisində bəzən qazanıb, bəzən ziyana düşən müğənni, avtomobil biznesi haqda hələ heç kimin bilmədiyi məqamlara aydınlıq gətirdi.

Yaşar Cəlilov: Yaşar Cəlilov: “Mən avtomobil biznesində kifayət qədər pul itirmişəm. Mənim 2008-2010-cu illər arasında  avtosalonum olub. Nəyə görə? Çünki özüm avtomobil həvəskarı olmuşam, gətirdiyim maşını özüm sürmüşəm. Sonra da gətirdiyim qiymətə də satmaq məcburiyyətinqə qalmışam. Şərikim var idi, o vaxtlar. Həmin şərik də ki mənə “atıb” getdi. İndiyə qədər də onu tapa bilmirəm”.

“Həmin adam tək mənə deyil, başqa adamlara qarşı da fırıldaqlıq etmişdi. Hər kəs onu axtarırdı. Soruşurdular ki, nə edək? Deyirdim ki, həmin adamın nə qədər borcu var? Cavab verirdi ki, 30 min. Deyirdim ki, bu avtomobilin qiyməti 30 mindir və elə həmin adamındır. İstəyirsən, götür apar. Bu minvalla sıra mənim maşınlarıma da gəlib çatdı. Dəmir barmaqlıqlar arasına geytməmək üçün avtomobilləri bir-bir verdim”.

Hər zaman eksklüziv avtomobillər sürdüyünü söyləyən Yaşar, əgər bu sahənin biznesi ilə məşğul olmasaydı, dəmir parçasına fantastik pullar tökməzdi.

Yaşar Cəlilov:

“12 avtomobildə təxminən 300-400 min pul itirmişəm. Tanıyan bilir ki, sürdüyüm maşınlar hər zaman bahalı və eksklüziv maşınlar olub. O işlə məşğul olduğum üçün elə avtomobillər sürmüşəm. Alıb gətirirdik, biraz ucuz düşürdü, nəticədə bahalı maşınlarım olub. Avtomobilə külli miqdarda pul tökmərəm”.

Söhbət biznesdən başladı, Yaşarın bəzi həmkarlarına göndərdiyi atmaca və ismarışlarla yekunlaşdı. 

Yaşar Cəlilov: “Mənim, vaxtında sürüdüyüm maşınları bir çox müğənni onsuz da sürəsi deyil. Söhbət gənc oğlanın öz alın təri ilə qazanıb sürdüyü avtomobildən gedir ha. Ona-buna “ataraq” yox, onun-bunun torbasını tikərək yox, onun-bunun toyunu əlindən alaraq, gedib onun yerinə toyda oxumaqla yox, öz halal zəhmətimlə əldə etdiyim avtomobillərdən söhbət gedir”.

Yaşarla olan budəfəki söhbətimiz, müğənnilikdən daha çox bizneslə bağlı oldu. Sən demə, müğənni, restoranında şou-biznes nümayəndələrinin əllərini ciblərinə salmalarına icazə vermirmiş.

Yaşar Cəlilov: “Obyektdə tapşırmıam ki, şou-biznes nümayəndələrindən kim gəlirsə, qoy yesin, içsin, kef eləsin. Mən pul almaq haqda düşünmürəm. Amma insan var ki, bunu bir dəfə edir, gəlib məkanı görür, adam da var ki, istifadə edir. Mən həmin insanları tanıyıram. Onları görəndə deyə bilərəm ki, get pul al”.

Bizneslə bağlı söhbətimizi burda yekunlaşdırıb keçək sənət boxçana. Yaşar, söylə görək, bəs, sevənlərin üçün hansı yeniliklərin var?

Yaşar Cəlilov: “Gözəl bir mahnı var. “Nə elə, nə belə” adlanır. Musiqisi və sözləri Murad Zeynala məxsusdur. Bu mahnıdan da xeyli uğur gözləyirəm”.

Biz də sonda ifaçıya həm biznesində, həm də sənətində uğurlar arzu edirik.

Qeyd edək ki, "ARB Ulduz"  kanalını  Azərspace 1 peykində 11024 tezliyində,  polyarizasiya: (V), FEC 5:6,  symbol rate: 12698 izləyə bilərsiniz.