Hacı Nazim “10 Ulduz” layihəsindən danışdı...

21 2018 11:26

Müğənni-bəstəkar Nazim Məmmədovun “10 Ulduz” layihəsi haqda bəzilərinin kifayət qədər az məlumatı olsa da, bu gün bütün detalları sənətçi izləyicələrə açıqlayacaq. Köhnə bəstələrini yeni, remiks variantda təqdim etməyə başlayan Nazim, artıq bu yolda kifayət qədər məsafə qət edib.

Ötən ay səhhətində yaranan problem səbəbindən əməliyyat olunan müğənni-bəstəkar Hacı Nazim, bu haqda “Şou məkan”a açıqlamasında bir sıra məqamlara aydınlıq gətirdi.  

Nazim Məmmədov: “Öd kisəmdə daş olub, ancaq bilməmişəm. Təbiblər bunu yaxşı bilər ki, öd kisəsində daş olan adamlar uzun müddət ac qalmalıdırlar. Səhər ağrılar başladı. Nəticədə əməliyyat olundum. Həkim söylədi ki, mən heyranam, əməliyyat qərarını kiməsə deyəndə həftələrlə fikirləşir, sən tez qərar verdin”.

“Mən hazırda əsəblə də bağlı müalicə alıram. 2009-cu ildə iki dəfə səs tellərimdən əməliyyat olunmuşam. İki dəfə də burun əməliyyatı keçirmişəm”. 

35 illik yubileyi ilə bağlı hazırlanan “10 Ulduz” adlı remiks albomu haqda danışan Nazim, dostu, aranjimançı Fərid İmanın ona olan sürprizi ilə bağlı açıqlama verdi.

Nazim Məmmədov: “Aranjimançı Fərid İmanın mənə bir sürprizi oldu ki, xəstəxanada olduğum vaxt məni müjdələdi. Fərid mənim bir neçə mahnımın aranjimançısıdır. Biz onunla nəinki mənim, başqa bəstəkarların da mahnıları üzərində işləyirik. Fərid dedi ki, sənin 35 illik yubileyinə belə bir albom hazırlamaq istəyirəm, “10 Ulduz” adlı. Bu isə silsilə olacaq, “10 Ulduz 1”, “10 Ulduz 2”, “10 Ulduz 3”. Çünki bizim oxunmuş mahnılarımız çoxdur”.

“Mənim illər öncə oxunmuş mahnılarıma müraciət edib, onları remiks və ya rimeyk formada təqdim edəcəyik. Fərid İman mahnıları olduğundan fərqli bir formaya salıb həmin ifalara yeni bir nəfəs vermək istəyir. Onlardan biri işıq üzü gördü. Elçin Cəfərovun “Göstər get” mahnısı yeni formada təqdim olundu”.

Nazim, Elçin Cəfərovun bu layihədə iştirakından xəbərimiz oldu, bəs tamaşaçılar daha hansı müğənnilərin bu albomda səsini eşidəcəklər?

Nazim Məmmədov: “İlk dəfə eksklüziv olaraq, sizə deyim. Xalq artisti Aygün Kazımovanın ifasında mənim “Dönək evimizə” mahnım vardı, onun üzərində işləyəcəyik”.

“Natavan Həbibinin ifasında “Sevəcəyəm” mahnısının rimeyk variantı olacaq”.

“Emil Bədəlovun ifasında “Gərəyimsən” mahnısı, Zamiqlə Sevdanın dueti olacaq. Elton Hüseynəliyevin də “Mənə bax” mahnısı remiks olunacaq. Röyanın isə “Sən və mən” mahnısının üzərində yenidən işləniləcək”.

Nazim, mahnıları remiks etmək bir qədər riskli məsələdir. Ola bilər ki, insanlar ifanın ilkin variantına öyrəşib, ikinci versiyanı bəyənməsinlər.

Nazim Məmmədov: “İllər keçib deyə mahnılar, ab-hava unudulub. Biz mahnını yeni nəfəsdə təqdim edirik. Məsələn, Elçin Cəfərovun ifasında “Göstər get” “slou” versiyada idi, indi hərəkətlidir”.

Müğənni indiyə kimi bəstələdiyi ifalardan ona daha çox uğur və pul gətirən mahıların da adlarını sadaladı.

Nazim Məmmədov: “Bəstələdiyim mahnılardan mənə Eltonun “Mənə bax” mahnısı,  Röyanın “Sən və mən” mahnısı daha çox uğur gətirib. “Mənə bax” elə o dövrdə sözünü dedi, pasporta çevrildi”.

“Natavan Həbibinin “Aylar, illər” mahnısı çox gözəl qarşılandı, insanlar sevdi. Ancaq deməzdim ki, mahnı “partlatdı”. 

Nazim, sənin müğənni kimi fəaliyyətə başlamanla bağlı xəbər vermişdik. Deyəsən, o qatar mənzil başına gedib çıxmadı.

Nazim Məmmədov: “Mahnılar oxuyuram, alqışlayırlar, müsbət fikirlərini söyləyirlər. Məclislərə aparıcı, təşkilatçı kimi gedirəm. Ancaq deyim ki, ayın 30 gün toylardayam, yox. Yəqin karyeram üzərində vahid qərara gəlməliyəm”.

Biz də sonda sənətçiyə gələcək fəaliyyətində uğurlar arzu edirik.

Qeyd edək ki, "ARB Ulduz"  kanalını  Azərspace 1 peykində 11024 tezliyində,  polyarizasiya: (V), FEC 5:6,  symbol rate: 12698 izləyə bilərsiniz.