Nuray Rəhman sayca üçüncü klipini təqdim etdi

25 2018 11:34

Nuray Rəhman doğum günü ərəfəsində özü özünə elə bir şey arzuladı ki, onun bu giriş söhbəti hər kəsin ürəyincə olacaq.

Nuray Rəhman: “Arzulayıram ki, indi məni necə çox istəyirlər, öpürlər, pərəstişkarlarım var,  mənimlə bütün günü şəkil çəkdirirlər, bu, hər zaman belə olsun”.

Nurayın atası, qızının təsadüfən istedadını gördükdən sonra, onun bu işə ilk addımlarını necə atmasından danışdı.

Nuray Rəhmanın atası: “İfa edəcəyimiz mahnıları məşq edirdik. Avtomobildə gedərkən arxadan zümzüməsini eşitdik. Zümzümələr dəqiq və düz oldu, ritm və səs də doğru idi”.

“Nuray istedadını büruzə verdi, gördüm ki, nə isə var. Qərara gəldik ki, bir balaca yoxlayaq. Apardıq studiyaya. Səsini yazdıq və beləcə iş başladı”.

Artıq balaca ifaçının üçüncü klipinin işıq üzü gördüyünü söyləyən Nurayın anası, qızının bu yaşında solo konsert verdiyini də diqqətə çatdırdı.

Nuray Rəhmanın anası: “Bldiyiniz kimi, bu artıq Nurayın üçüncü klipidir. Düzdür, bir neçə musiqili-rolikimiz var, səkkiz yaşında da Nurayımıza qismət oldu ki, üçüncü klipini təqdim etdik. Azərbaycanda belə bir şey olmayıb ki, səkkiz yaşlı uşaq solo konsertlə çıxış etsin. İyunun 16-sı Nurayın 8 yaşı tamam oldu və qızım solo konsert verdi”.

Nuray Rəhman: “Təşəkkür edirəm ki, solo konsertimdə hər kəs yanımda oldu, mənə dəstək oldular. Konsert çox möhtəşəm keçdi”.

Nuray Rəhmanın anası: “Konsert zamanı da səsim batdı. Ola bilsin ki, həm həyəcan vardı, həm də qarışıq hisslər keçirirdim”.

Nurayın danışığından belə aydın olur ki, klip çəkilişləri həm maraqlı, həm də əyləncəli keçib.

Nuray Rəhman: “Klip çəkilişlərimiz çox qəribə alındı. Dostlarımla bərabər idim deyə hər şey çox əyləncəli oldu. Klip çəkiləndə maraqlı və çətin tərəflər özünü göstərir. Bu dəfə hərtərəfli yaxşı oldu”.

Nuray Rəhmanın anası: “Budəfəki çəkilişmizdə Nurayın dostları yanında idi. Ona görə Nuray üçün əyləncəli olub. Hətta məni biraz qorxutdu. Klip zamanı ağladım. Nurayı hündürlüyə qaldırmışdıq, stolun üstündə idi. Birdən-birə Nuray yıxıldı. Çox həyəcan keçirdik, qorxduq. Şükür ki, heç nə olmadı”.

Nuray Rəhmanın atası: “Son klip çəkilişində bir qeyri-adilik oldu ki, Nuray həmyaşıdları ilə bərabər çəkildi. Gözəl bir estrada ansamblı əmələ gəldi. Nurayı dostları və sinif yoldaşları müşayiət edirdi”.

Son olaraq isə bu sevimli müğənninin canlı ifası ilə süjetimizi yekunlaşdırırıq .

Qeyd edək ki, "ARB Ulduz"  kanalını  Azərspace 1 peykində 11024 tezliyində,  polyarizasiya: (V), FEC 5:6,  symbol rate: 12698 izləyə bilərsiniz.