Niyam Salami Samir Piriyev haqda: “Samir bu işi bacarmır...”

28 2018 14:47

Söhbətimizin əvvəlində müğənni Niyam Salami, türkiyəli sənətçi Fatih Erkoçla olan tanışlığından və məkanların birində eyni səhnəni bölüşməsindən danışdı.

Niyam Salami: “Əzim adında ortaq bir dostumuz var. Məni restorana dəvət etdi. Restorana girəndə uzaqdan Fatih Erkoçu gördüm, sevindim. Çünki onun tərzini çox sevirəm”.

“Söylədi ki, Azərbaycandan solist dostumuz buradır. Bu sözü eşidəndə fikirləşdim ki, burda təkcə mənəm. Yanımdakılar da dedi ki, get, səni çağırır. Gözlənilməz bir şey idi. Səhnəyə qalxdım. Elə bir mahnı seçdim ki, onların repertuarına uyğun olsun. İfa edə-edə keçdim onun öz mahnısına, özü də məni müşayiət etdi”.

Bodrumda mövsümün hələ yeni başladığını söyləyən Niyam, öz ölkəsi üçün darıxdığını, səhnə və evi üçün həsrət çəkdiyini etiraf etdi.

Niyam Salami: “Hamı bilir ki, Bodrumda istirahət mövsümü 10 gündən sonra daha da güclənəcək. Ancaq mən ora pul qazanmaq üçün getməmişəm. Etiraf edim ki, mənim bağrım partlayır. Milyon, milyard qazansam da, Azərbaycansız mümkün deyil. Mənim darıxdığım səhnədir, alqışdır, bir də evim üçün çox darıxıram. Evdə ki tək otutursan ha, bax o zaman anlayırsan ki, sən kimsən”.

Tez-tez gedib gələcəyini deyən müğənni, özü orda olmasa da, sistemi elə qurub ki, işdə axsamalar olmur.

Niyam Salami: “İndi burdayam, gedib yenə qayıdacam. İşlərim var burda. Bodrumdakı işin başında duranlar var. Samir Piriyev bu işi bacarmır. Onun gödüyü başqa işlər var. Bu işi qurmuşuqsa, müdaxilə edən, işin başında dayanan adamlar var. Mən orda olsam da, olmasam da, iş gedəcək”.

Niyamın yenidən Bakıda olmasının, sən demə, özəl bir səbəbi varıymış. Müğənni sənətdən əlavə, deyəsən, burda da biznes qurmaq niyyətindədir.

Niyam Salami: “Bundan sonra davamlı olaraq gəlib gedəcəm. Burda elə bir işim var ki, həmin işin başında olmalıyam. Biləcəksiz. Ticarətlə bağlı işdir”.

İfaçının evliliyi məsələsi bu dəqiqə bir çoxlarını düşündürsə də, hələlik Niyam bunun üçün lazım şəraitin yetişmədiyini deyir. 

Niyam Salami: “Ailə düşünməklə deyil. Zəmanədə və insanlarda çatışmazlıqlar var. Bunu yaşam tərzinə də aid etmək olar. Rastıma çıxanlar olur, ancaq məni tamamlaya bilmirlər. İnsanları da tanımaq olmur. Nə qədər ki, deyirəm insanları tanıyıram, ancaq belə deyil. Bəzən olur ki, tanımıram”.

Biz də Niyama qol qoyduğu bütün işlərdə uğurlarının bol olmasını arzu edirik.

Qeyd edək ki, "ARB Ulduz"  kanalını  Azərspace 1 peykində 11024 tezliyində,  polyarizasiya: (V), FEC 5:6,  symbol rate: 12698 izləyə bilərsiniz.