Pərviz Abdullayev ukraynalı müğənni ilə duet oxudu

29 2018 12:49

Ukraynadan gələn xanım ifaçı ilə duet oxumağı götür-qoyub edib, nəhayət, yeni bir işə qol qoyan Pərviz Abdullayev, deyəsən, mahnını çox bəyənib.

Pərviz Abdullayev : “Mahnı Ukraynadan gələn gözəl bir dostumuzundur. Biz də qərara gəldik ki, duet ifa edək. Mahnının musiqisi Anastasiyaya aiddir.  Bu mahnını özüylə birgə ifa edəcəyik.  Sözləri də Hüseyn Best və  Fuad Vəlizadəyə aiddir.Mahnı “Mənim üçün yaranmısan” adlanır.

Anastasiya:  “Mən Azərbaycan dilində danışmağı ümumiyyətlə bilmirdim. Amma zaman keçdikcə mənə dəstək oldular. Sonra Samir Şirinovla tanış oldum. O, mənim bacarığıma inandı və komandasına daxil etdi. Beləliklə də, işbirliyimiz yarandı”.

İlk dəfə “Şou məkan”da eşitdiyiniz bu duetə Pərviz klip çəkdirib mahnı ilə ekran işini eyni vaxtda təqdim etməyi planlaşdırır.

Pərviz Abdullayev :  “Mahnı və klipi eyni vaxtda təqdim etmək istəyirik. Artıq mahnıya klip çəkməyə hazırlaşırıq”.

Samir Şirinov – layihənin rəhbəri: “Bu yaxın günlərdə klip çəkilişlərinə başlayırıq. Klipin rejissoru Rafiq Hacıyevdir. Bu sahədə tanınmış , peşəkar insandır. İstəyirik ki, kadrlarda ölkəmizi də göstərək. Çünki bu, beynəlxalq layihə sayılır”.

Pərviz, uzun müddətdir sənətdə olsan da, yaradıcılığında çox az klip gözə dəyir, bunun səbəbi nədir?

Pərviz Abdullayev : “Samirlə yeni mahnılarımız olanda  deyirdik ki, hamısına klip çəkəcəyik. Amma vaxt olmur, mahnının vaxtı keçirdi, biz də istəmirdik. Yeni ideyalar gəlirdi. Amma bu dəfə istədik ki, o ideyaları yerinə yetirək”.

Müğənni hələ də bir çoxunun Zamiq Hüseynovun mahnısı deyə bildiyi, ancaq Pərvizin ifa etdiyi “Sevgilim” mahnısı haqda da danışdı.

Pərviz Abdullayev : “ Aleksey Çumakovun repertuarında olan 2010-cu ilin mahnısıdır. Sözlərini Fuad Vəlizadə yazdı. Samir də aranjiman etdi , oxuduq. Kimə deyirəm ki , o mahnını mən oxumuşam deyirlər elə bilirdik , Zamiq oxuyub. Çünki Zamiq bu tərz mahnı oxuyur”.

Biz də sonda müğənniyə hər zaman sənət uğurlarının bol olmasını arzu edirik.

Qeyd edək ki, "ARB Ulduz"  kanalını  Azərspace 1 peykində 11024 tezliyində,  polyarizasiya: (V), FEC 5:6,  symbol rate: 12698 izləyə bilərsiniz.