Haqqımızda




2001-ci mart ayının 16-da Gəncə şəhərində yaranan Alternativ televiziyası əsasən əyləncəli kanal kimi fəaliyyətə başlayıb. 2013-cü ildə isə kanalın ümumi fəaliyyətində dəyişiklik edilərək, formatı yenilənib və efirdə bütünlüklə musiqiyə yer verilib. Bununla da efir məkanında Azərbaycanın ilk musiqi telekanalı yaranıb.

2015-ci il 18 mart tarixindən etibarən Azerspace-1 peyki vasitəsilə yayımlanmağa başlayıb. 2016-cı il sentryabrın 19-dan isə "Alternativ TV"-nin adı dəyişdirələrək "ARB Ulduz" olub.

ARB Ulduz Televiziyası Gəncə, Samux, Göygöl, Daşkəsən, Şəmkir, Goranboy bölgələrində 24-cü kanalda, Qazax, Tovuz, Ağstafa bölgələrində 56-cı kanalda, Tovuz şəhərində isə 36-cı kanalda yayımlanır.

Hazırda ARB Ulduzun efirində yayımlanan “Şou məkan” , “Bu axşam”, “Virtual həyat”, “Top 25”adlı verlişlər tamaşaçıların zövqünü oxşamağa xidmət edir.